Accessibility links

Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı Azərbaycanda peşə təhsilinin inkişafına dəstək verir


Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı peşə təhsili və insan kapitalını gücləndirmək məqsədi ilə ümumi dəyəri 3,4 milyon dollar olan yeni layihə həyata keçirir. Bu barədə hər iki qurumun mətbuat üçün məlumatında deyilir.

Əsasən Azərbaycanın iki bölgəsi - Gəncə və Cəlilabadda texniki peşə təhsili və ixtisaslaşdırılmış peşə biliyi bazasının artırılmasını nəzərdə tutan “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” adlı layihə 2020-ci ilədək davam edəcək.

Layihənin Gəncə regional komponentinə mayın 24-də start verilərək beynəlxalq ictimaiyyət, yerli hakimiyyət orqanları, özəl sektor və yerli texniki peşə məktəblərinin müəllim heyətindən ibarət 60 nümayəndəni bir araya gətirən açılış mərasimi təşkil edilib.

Layihənin bu komponenti Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək göstərəcək.

Açılış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas peşə təhsili sektorunun müasir, şaxələnmiş iqtisadiyyat üçün ilkin şərt olduğunu deyib.

“Azərbaycan kimi əhalisinin 40%-nin 25 yaşdan aşağı olan bir ölkədə təhsil, o cümlədən peşə təhsili və təlimi uzunmüddətli iqtisadi dayanıqlığa yatırılan əsas sərmayədir”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG