Accessibility links

Tereza Mey istefa verir


Tereza Mey istefasını açıqlayır.
Tereza Mey istefasını açıqlayır.

Tereza Mey Britaniyanın Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı partiya daxili ziddiyətlərə qurban gedən Mühafizəkarlar partiyasından olan üçüncü liderdir. Ondan öncə Marqaret Tetçer və Deyvid Kameron da eyni aqibəti yaşayıb.

Partiyanın üsyanı və kabinet üzvləri tərəfindən kütləvi istefa hədələri ilə üzləşən Mey cümə günü öz istefasını elan edib, lakin Mühafizəkarlar yeni lider seçənədək baş nazir, ABŞ prezidenti Donald Trampın da gələn ay Britaniyaya səfəri zamanı hökümət başçısı olaraq qalacaq.

Lakin partiya üzvləri və təhlilçilər deyir ki, onun gedişinin Britaniyanın Avropa İttifaqından nə zaman, necə və hansı şərtlər altında ayrılacağına aydınlıq gətirmir.

Onun xələfi Mayın getməsinə gətirib çıxaran eyni çətinliklə üzləşəcək. Bu da Avropa İttifaqında qalmaq istəyənlərlə, ittifaqı tərk etmək istəyənlər arasında bölgünü aradan qaldırmaqdır.

Brexit partiyasının lideri Nigel Faraj
Brexit partiyasının lideri Nigel Faraj

Mühafizəkarlar partiyası daxilində Brexitlə bağlı ixtilaf ölkənin ortadan bölündünyünü əks etdirir.

Brexit tərəfdarları getdikcə Avropa İttifaqında tamamilə ayrılmaq istəyir və hətta Brüssellə ticarət razılığı ilə bağlı danışıqlar aparmağın belə lazımsız olduğunu düşünür. Amma onların əleyhdarları 2016-cı ildə keçirilən referendumun nəticələrini ləğv etmək və ikinci plebisit üçün şərait yaratmağı və bunun Britaniyanın ittifaqın üzvü olaraq qalması ilə nəticələnəcəyinə ümid edir.

Britaniyanın bu çıxılmaz vəziyyətdən necə çıxacağı bəlli deyil və bazar günü açıqlanacağı gözlənilən Avropa Parlamenti seçkilərinin nəticələrinin vəziyyətə yardım edəcəyi gözlənilmir. Niger Farajın yeni təsis etdiyi Brexit partiyasının seçkidə öndə olacağı gözlənirlir, lakin Aİ-da qalmağı dəstəkləyən partiyaların da yüksək nəticələr əldə edəcəyi təxmin edilir. Bu da ölkədəki ümumi bölgünü əks etdirir.

Bu nəticələr iki əsas isteblişment partiyası – Mühafizəkarlar və Leyboristlər arasında Brexit məsələsi ilə bağlı bölgünü daha da böyüdə, Britaniyanı daha da qütbləşdirə və Meydən sonra hakimiyyətə gələn baş nazirin bu vəziyyətdən çıxmasını çətinləşdirə bilər.

Bu vəziyyət funtun dəyərini azaldır, xarici sərmayelərin qarşısını alır və biznes icraçıları arasında ümidsizlik yaradır, çünki onlar hər hansı sabit planlar qura bilmirlər.

Boris Conson
Boris Conson

Mümkün xələflər

Meyi sabiq xarici işlər naziri Boris Conson əvəzləyə bilər.

The Times qəzetində cümə günü yayımlanan rəy sorğularının nəticələri Mühafizəkar fəalların növbəti lideri olaraq Consonu dəstəklədiklərini göstərir. Lakin o, partiya qanunvericiləri arasında çox sevilmir, çünki onlar Consonun opportunizm və şoumenliyinə nifrət edir və onun höküməti idarə etmək üçün lazım olan nizam-intizam və sabitliyə sahib olduğuna şübhə ilə yanaşır.

Digər namizədlər arasında hazırkı xarici işlər naziri Ceremi Hant, daxili işlər naziri Sacid Cavad, ifratçı Brexit tərəfdarları Dominik Rabb və Andrea Lidsom var. Lidsomun bu həftənin ortasında nazir vəzifəsindən istefa etməsi Meyin vəzifədən getmək qərarına yol açan bir sıra hadisələrə səbəb olub.

Seçki prosesinin başa çatması təxminən iki ay çəkəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG