Accessibility links

Nyu-York, Texas və Virciniya ştatlarında Əl-Qaidənin mümkün terror aksiyaları ilə bağlı xəbərdarlıq yayılıb


ABŞ prezidentliyinə seçki kampaniyalarının başa çatmasına 3 gün qalmış federal rəsmilər Nyu-York, Texas və Virciniya ştatlarında Əl-Qaidənin mümkün terror aksiyaları ilə bağlı xəbərdarlıq yayıb.

Yerli və ştat rəsmiləri yeni xəbərdarlıq məlumatları ilə təmin edilib. Nyu-York polisi bildirib ki, təhlükə ilə bağlı dəyərləndirmə aparılır.

Təfərrüata varılmasa da, bazar günü Nyu-Yorkda keçiriləcək illik marafon zamanı təhlükəsizliyin təmin ediləcəyi deyilib.

Virciniya və Texas qubernatorları vəziyyətin monitorinq edildiyini bəyan edib.

Federal və ştat orqanları seçki günündən öncə seçki sisteminə qarşı potensial elektron hücumlara qarşı kiber müdafiəni gücləndirir, digərləri isə mümkün iğtişaş və zorakılığa qarşı qorunmaq üçün əlavə tədbirlər görür.

XS
SM
MD
LG