Accessibility links

3 Amerika vətəndaşı saxlanıb


ABŞ-ın Kanzas ştatında terror hücumu hazırlamaqda şübhəli bilinən üç Amerika vətəndaşı saxlanıb.

Kurtis Allen, Patrik Yucin Stein və Gavin Rayt adlı şəxslər Somalidən olan müsəlman miqrantlara qarşı terror hazırlamaqda şübhəli bilinir.

Bu haqda ABŞ Federal Təhqiqatlar Bürosunun rəsmisi Erik Cekson məlumat verib.

Mühacirlərə qarşı hücum noyabr ayının 9-da, prezidenti seçkilərindən bir gün sonra planlaşdırılırdı.

Prokuror Tom Beall müxbirlərə deyib ki, bu şəxslər nifrət və zorakılıq mədəniyyətinə malik olan hələbçilər təşkilatının üzvləridir.

Onlar Qarden şəhərində 120 adamın yaşadığı bina ətrafına partlayıcılarla dolu maşınlar yerləşdirməyi planlaşdırırdı.

Şübhəlilər oktyabrın 17-də məhkəmə qarşısına çıxarılacaq. İttihamlar təsdiq olunsa, onları ömürlük həbs cəzası gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG