Accessibility links

ABŞ-da daha bir terror şübhəlisi həbs edilib


Həbs olunan şəxsə qarşı terrorçulara yardım etmək ittihamları irəli sürülüb

Suriyada terrorçularla birgə təlim keçməkdə ittiha olunan ABŞ-ın Ohayo ştatının sakini həbs edilib.

Prokurorlar cümə axşamı Əbdürrəhman Şeyx Mohamuda qarşı terrorçulara yardım etmək ittihamlarının irəli sürüldüyünü deyir.

Onların sözlərinə görə, ötən il Suriyadan geri dönən Əbdürrəhman ruhani liderdən Texasda yerləşən hərbi hospitaldakı amerikalı əsgərləri öldürmək göstərişi alıb.

Mohamud fevral ayında ilkin olaraq dövlət terrorçuluq ittihamı ilə həbs edilib.

Onun qardaşı ötən iyun ayında terrorçu qrup uğrunda döyüşərkən həlak olub.

XS
SM
MD
LG