Accessibility links

Tesla işçilərinin 7%-ni ixtisar edir


Tesla elektromobil şirkətinin rəhbəri Elon Mask deyir ki, şirkət işçilərinin 7 faizini ixtisar edəcək. O, qarşıdakı yolun “çox çətin” olacağını söyləyib.

Şirkət əməkdaşların ixtisarı və başqa planlar barədə Tesla Inc.-in vebsaytında email yerləşdirib.

Mas-ın deməsinə görə, Tesla hazırkı rübdə “azacıq gəlir” götürməyə ümid edir, amma işçi qüvvəsinin ötənilki 30 faizlik genişlənməsini artıq dəstəkləyə bilmir.

Hazırda Teslanın 45 min işçisi var. 7 faizlik ixtisar 3 min 150 nəfər deməkdir.

Şirkət ötən il 245 mindən çox elektriklə işləyən və SUV tipli avtomobil buraxdığını bildirir ki, bu da əvvəlki illərdəki istehsal rəqəminə yaxındır.

Ancaq üç il öncə ilə 500 min avtomobil buraxmağı hədəf qoyan şirkət hələlik, buna çata bilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG