Accessibility links

Texasın gübrə zavodunda güclü partlayış olub [Fotoqalereya]


Çərşənbə günü gecə Texas ştatındakı gübrə zavodunda baş verən güclü partlayış azı 15 nəfərin ölümünə, 160-dan çox insanın yaralanmasına səbəb olub. Yerli yanğınsöndürənlər Vako şəhəri yaxınlığındakı Vest məntəqəsindəki zavodda baş qaldıran yanğınla mübarizə aparıb.

Polis nə qədər adamın dağıntılan altında qaldığının məlum olmadığını bildirib. Zavodun 5 küçə radiusunda 80 ev ya tamamilə dağılıb, ya ciddi ziyana məruz qalıb. Vest şəhərinin 2 800 nəfərlik sakini evakuasiya edilib.

Rəsmilərin bildirdiyinə görə, yaxınlıqdakı qocalar evinin sakinləri evakuasiya edilib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG