Accessibility links

Texas ştatında tələbə yataqxanasına hücum olub


Bu gün Texas ştatının Hyuston şəhəri yaxınlığındakı Lone Star Kollecinin yataqxanasına hücum zamanı azı 14 nəfər xəsarət alıb. Xəsarət alanlardan dördünün vəziyyətinin ağır olduğu və xəstəxanaya vertolyotla çatdırıldığı deyilir.

Polis hücumda şübhəli bilinən şəxsin həbs edildiyini bildirsə də, onun haqqında və hansı silahdan istifadə etdiyi barədə məlumat verməyib.

Bu ilin yanvar ayında da Lone Star kollecinə silahlı hücum edilmiş, nəticədə 3 tələbə yaralanmışdı.
XS
SM
MD
LG