Accessibility links

Germanwings təyyarəsinin ikinci qara qutusu qəzanın qəsdən törədildiyini təsdiq edib


Fransa aviasiya təhqiqatçılar bildirib ki, ikinci qara qutudan əldə edilən ilk məlumat 150 nəfərin ölümünə səbəb olmuş hadisənin ikinci pilotun qəsdən təyyarəni qəzaya uğratması nəticəsində baş verdiyi fərziyəsini təsdiqləyir.

Germanwings təyyarəsinin qara qutularından əldə edilən məlumatlar göstərir ki, ikinci pilot Andreas Lubitzin baş pilotun kabinəyə girə bilməməsi üçün qapını kilidlədikdən sonra avtopilotu dəyişərək davamlı şəkildə təyyarənin sürətini artıraraq qəzaya uğradıb.

Daha əvvəl tapılan ilk qara qutuda pilotun qəsdən qəza törətdiyi məlum olmuşdu.

Təyyarə qəzaya uğrayan an iki pilotdan biri pilot kabinəsinin qapısı kilidləndiyindən kabinəyə daxil ola bilməyib. Qəza nəticəsində 150 nəfər həlak olub.

Qara qutudan əldə edilən səs yazısı göstərib ki, kabinəsindən çıxmış pilot hadisə baş verən an kabinəyə daxil olmağa çalışıb.

Təyyarə qəza siqnalı vermədən düşüb.

Təyyarədə azı 18 ölkə vətəndaşı olub. Qəza qurbanları arasında İspaniyaya məktəb səfərindən geri dönən 16 alman yeniyetmə və iki müəllim da olub.

XS
SM
MD
LG