Accessibility links

Dövlətlərarası Aviasiya Komitəsi Azərbaycanın Əfqanıstanda qəzaya uğramış təyyarəsi barədə hesabat yayıb


Dövlətlərarası Aviasiya Komitəsi (DAK) 7 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən Azərbaycana məxsus "An-12" tipli yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması ilə bağlı ilkin hesabatını açıqlayıb.

Report agentliyi bu barədə Komitənin noyabrın 15-də yaydığı məlumata istinadən xəbər yayıb.

Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus yük təyyarəsi 18 may 2016-cı ildə Əfqanıstanda qəzaya uğrayıb. Qəza Dvayer hava limanından uçuş zamanı baş verib. İcarəyə götürülmüş təyyarə beynəlxalq heyət üzvləri tərəfindən idarə olunub. Heyət üzvləri arasında 1 Özbəkistan (kapitan), 3 Ukrayna və 5 Azərbaycan vətəndaşı olub. Təyyarə uçuş zamanı sürət yığarkən uçma-enmə zolağından kənara çıxıb və qəzaya uğrayb.

Hesabatda qeyd olunur ki, torpaq ilə hərəkət zamanı təyyarə ciddi şəkildə zədə alıb ki, bu da yanğına səbəb olub və nəticədə təyyarənin böyük hissəsi məhv olub.

"Uçma-enmə zolağının çıxış kandarına təqribən 260 metr qalmış, 220 km/saat cihaz sürəti yığmış (maksimum yığılmış sürət) təyyarənin "özünə" şturvalının lülələrinin əyilməyə başlaması qeydə alınıb. Təyyarənin uçma-enmə zolağından qalxması baş verməyib. Bütün zolaq boyu hərəkət edən təyyarə, 220 km/saat sürət ilə torpaq hissəyə çıxıb", hesabatda bildirilir.

Həmçinin heyət üzvləri ilə son yoxlama sual-cavabı yerinə yetirilən zaman hava gəmisinin komandiri tərəfindən vintlərin dayağa quraşdırılması barədə komanda verilib. Bu göstərişdən sonra birinci və dördüncü mühərrikdə, 17 saniyədən sonra isə ikinci mühərrikdə fırlanma gücünü ölçən cihazın əhəmiyyətində kiçik artım qeydə alınıb ki, bu, dolayısı ilə birinci, ikinci və dördüncü mühərriklərin vintlərinin dayağa quraşdırılmasından xəbər verir.

"Üçüncü mühərrikin vintinin dayağa quraşdırılmasını göstərə biləcək əlamətlər isə qeydə alınmayıb", hesabatda bildirilir.

"An-12" Sovet istehsalı olan hərbi nəqliyyat təyyarəsidir. Fəal şəkildə hərbi məqsədlər, fövqəladə vəziyyətlər, hərbi texnika və şəxsi heyətin daşınması, həmçinin sərnişin və yük daşınmaları üçün istifadə olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG