Accessibility links

Təhlil: Ekspertlər Türkiyənin İranın nüvə proqramı ilə əlaqədar vasitəçiliyini sual altına alır


Təhlil: Ekspertlər Türkiyənin İranın nüvə proqramı ilə əlaqədar vasitəçiliyini sual altına alır
Təhlil: Ekspertlər Türkiyənin İranın nüvə proqramı ilə əlaqədar vasitəçiliyini sual altına alır

Türkiyə xarici işlər idarəsində İran üzrə müşavir vəzifəsində çalışan Gökhan Çetinsayar deyir ki, Türkiyə İranla danışıqlarda vasitəçilik etmək üçün ideal mövqedədir

Braziliya və Türkiyə ilə əldə edilən sazişə əsasən İran uran ehtiyatının böyük hissəsini yenidən emal olunmaq üçün Türkiyəyə göndərməyə razılıq verib. Bir çox müşahidəçilər bunun həll yolu yoxsa Tehranı BMT sanksiyalarından xilas edəcək bir anlaşma olduğunu müəyyən etməyə çalışır.

İran nüvə yanacağı əvəzində 1200 kiloqram çəkisində aşağı dərəcəli uranı emal olunmaq üçün xaricə göndərməyə razılıq verdiyini bəyan edib. Başlıca məram İranın nüvə proqramı ilə bağlı yaranan böhranı aradan qaldırmaqdır.

Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan razılaşmanı dönüş nöqtəsi adlandırıb. Cənab Ərdoğan İran tərəfindən atılan addımı bir şans adlandıraraq rəsmi Tehranın ölkəsinə göstərdiyi etimadı önə çəkib. Türkiyə lideri fürsətdən istifadə edərək İsraili də tənqid edib. O, bütün Yaxın Şərqin nüvə silahlarından azad zonaya çevrilməsini arzuladığını bildirib. Belə ki, İsrail regionda yeganə ölkədir ki, onun nüvə silahlarına malik olduğuna inanılır.

Müşahidəçilər cənab Ərdoğana İran rəhbərliyində rəğbət bəslənildiyini deyir. Cənab Ərdoğanın başçılıq etdiyi Ədalət və İnişaf partiyası hakimiyyətə gələndən bəri Türkiyə ilə İran arasında münasibətlər çoxşaxəli qaydada inkişaf edib.

Türkiyə xarici işlər idarəsində İran üzrə müşavir vəzifəsində çalışan Gökhan Çetinsayar deyir ki, Türkiyə İranla danışıqlarda vasitəçilik etmək üçün ideal mövqedədir. O, Ankaranın həm İran və də ABŞ-la yaxşı münasibətlər saxladığını vurğulayıb.

Lakin heç də hamı bu razılığın Türkiyənin maraqlarına xidmət etməsi qənaətində deyil. Bəziləri güman edir ki, ola bilsin İran Türkiyədən öz məqsədləri üçün istifadə edir. Bu isə sonda Türkiyəni çətin duruma sala bilər.

Bilgi Universitetinin siyasi elmlər üzrə professoru Soli Özel İranla nüvə məsələsi üzərində cərəyan edən qarşıdurmada Ankaranın özünün təcrid etmə riski ilə üzləşdiyini deyir: “Biz nəinki öz tərəfdaşlarımızın istəklərinə məhəl qoymuruq, biz onlarala birgə işləməyə tərəddüd göstəririk. Əgər BMT Təhlükəsizlik Şurası sanksiyalar rejimini təklif etsə onda Türkiyə özünü Qərb alyasından xaricdə qoymuş olacaq.”

Bu arada Birləşmiş Ştatlar əldə olunan razılıq barədə skeptisizmini bəyan edib. Ağ Evin sözçüsü Robert Gibbs Türkiyə və Braziliyanın göstərdiyi səylərə müsbət münasibət bildirdiyini deyib və ümid etdiyini bildirib ki, İran ötən ilin oktyabr ayında aşağı dərəcəli uran xaricə göndərmək barədə imzalanmış sazişə əməl edəcək. Lakin İranın hələ də uranın 20 faizini özünün zənginləşdirəcəyini qeyd edən Gibbs administrasiyanın İranla bağlı mövqeyində dəyişiklik olmadığını açıqlayıb: "Bu, bizim İranı öz öhdəliklərinə əməl etmək üçün aradığımız ölçülərdə, o cümlədən sanksiyalarla bağlı mövqeyimizdə dəyişiklik yaratmayıb," deyə o, bildirib.

ABŞ Dövlət Katibi Hillari Klinton isə artıq bu gün ABŞ, Rusiya və Çinin İrana qarşı BMT tərəfindən dördüncü raund sanksiyaların tətbiq edilməsi üzrə anlaşma əldə olunduğunu xəbər verib. Klinton bu açıqlamanı bu gün İranın Türkiyəyə emal edilmək üçün uran göndərməyə razı olmasından sonra verib. Xanım Klinton qanunvericilərə bildirib ki, qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasının bütün üzvlərinə paylanılacaq.

XS
SM
MD
LG