Accessibility links

Tianjində təcili evakuasiya elan edilib


Çin rəsmiləri Tianjin şəhərində baş verən partlayışlardan sonra təcili evakuasiya elan edib.

The Beijing News-un məlumatına görə, zəhərli maddələrlə dolu anbarın 3 kilometrlik radiusundan əhali məcburi şəkildə köçürülür.

Hadisə yerində öldürücü natrium sionid maddəsi aşkar edilib. 200-dən artıq hərbi nüvə və biokimya mütəxəssindən ibarət komanda partlayışların baş verdiyi ərazidə yoxlanış aparır.

İndiyədək səlahiyyətli nümayəndələr evakusiya ərazisində zəhərli maddə olmadığını deyirdi.

Dövlət Sinhua xəbər agentliyi hadisə yerindən 50 metrlik məsafədə bir kişinin xilas edildiyini bildirib. 50 yaşlı həmin şəxs hadisədən 3 gün sonra konteynerdə tapılıb.

Çinin Mərkəzi Televiziya bu gün daha bir yanğın səbəbi ilə axtarış əməliyyatına ara verildiyini xəbər verib.

Rəsmilər hadisənin 104 adamın ölümünə səbəb olduğunu deyir. Onlardan 21-i yanğınsöndürəndir. Bir neçə adam hələ də itkindir.

700-dən çox insan xəstəxanalara yerləşdirilib, onların 33-nün vəziyyəti ağır olaraq qalır.

Partlayışlarıa nəyin səbəb olduğu hələ ki, müəyyən edilməyib.

XS
SM
MD
LG