Accessibility links

ABŞ Nümayəndələr Palatası tibbi sığorta qanunu üzərində səs verəcək


Respublikaçıların nəzarət etdiyi ABŞ-ın Nümayəndələr Palatasın cümə axşamı Obamacare adı ilə tanınan əlverişli Tibbi Sığorta Qanunu ləğv edib əvəzləyəcək qanun layihəsi üzərində səs verəcək.

Prezident Donald Tramp daxil olmaqla respublikaçı lidelərlər günlərdir qanunvericiləri partiyanın hazırladığı Amerikanın Tibbi Sığorta Qanunun lehinə səs verməyə razı salmağa çalışır.

Onların bu səyləri çərşənbə günü iki mötədil Respublikaçı qanuna dəstəyini ifadə edəndən sonra sürətlənib. Bu qanunvericilər daha öncədən mövcud xəstəlikləri olan insanların sığorta əldə etmələrinə yardım etmək məqsədilə qanuna 8 milyard dolların ayrılması ilə bağlı müddəanın əlavə olunmasına dair razılıq əldə ediləndən sonra qanuna dəstəklərini ifadə ediblər.

Prezident Obamanın tibbi sığorta proqramı sığorta şirkətlərinə daha öncədən mövcud olan xəstəliklərə görə insanları sığorta ilə təmin etməkdən imtina etmələrinin qarşısını alırdı. Bununla 20 milyon əlavə amerikalı sığorta ilə təmin olundu. Respublikaçılar Obamanın bu planının qəti əleyhinəydilər və proqramın çox bahalı olduğunu və ədalətsizcəsinə insanları sığorta əldə etməyə məcbur etdiyini iddae edirlər, çünki əks təqdirdə bu insanlar cərimə ödəməlidirlər.

Nümayəndələr Palatasının Demokrat lideri Nensi Pelosi isə deyib ki, yen qanun layihəsi milyonlarla amerikalının ehtiyacları olduğu tibbi sığortanı əldə etmələrini qeyri-mümkün edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG