Accessibility links

Senatda Reks Tillersonun dövlət katibi vəzifəsinə nominasiyası ilə bağlı dinləmələr keçirilir


Prezident seçilmiş Donald Trampın dövlət kaitibi vəzifəsinə nominasiya etdiyi Reks Tillersonun təsdiqi ilə bağlı dinləmələr keçirilir.

Senatda keçirilən dinləmələr zamanı Tillerson Rusiya ilə münasibətlərə dair sulları ünvanlayıb.

Trampın keçid komandası bildirib ki, Tillersonun bəyanatında onun Senatın Xarici Əlaqələr kommitəsinə Rusiyanın regionda mövcudluğunu artırmasına dair NATO-nun narahatlıqlarının əsaslı olduğunu deyəcəyi və ABŞ-ın kursunun müəyyən edilməsi üçün Rusiyanın ambisiyalarına dair açıq və səmimi dialoqun aparılmasının vacibliyini vurğulayacağı bildirilir.

Tillerson enerji nəhəngi olan Exxon Mobile şirkətinin rəhbəri vəzifəsində 40 ildən çox işlədikdən sonra bu yaxınlarda vəzifəsindən istefa verib.

Tillersonun Rusiya ilə böyük neft razılaşmaları onun namizədliyinin Senat tərəfindən təsdiqlənməsini çətinləşdirə bilər. Bir çox qanunverici 2013- ci ildə onun Putin tərəfindən xaricilərə verilən “Rusiya Dostluq Ordeni”-nə layiq görülməsi də daxil olmaqla, Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətləriə malik olmasından narahatlıqlarını bildirib.

Reks Tillersonun Trampın Rusiya ilə yaxın münasibətlər qurmaq çağırışlarını ünvanlayacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG