Accessibility links

ABŞ dövlət katibi və Azərbaycan xarici işlər naziri arasında məktub mübadiləsi həyata keçirilib


Xarici işlər naziri Elmar Məmmədyarov
Xarici işlər naziri Elmar Məmmədyarov

Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 25 ili tamam olub

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə xarici işlər naziri Elmar Məmmədyarov və ABŞ-ın dövlət katibi Reks U. Tillerson arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın dövlət katibinə ünvanladığı məktubunda ötən 25 ildə ölkələr arasında əlaqələrin xüsusilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın inkişafı ilə xarakterizə olunan strateji tərəfdaşlığa çevrildiyini vurğulayıb.

Nazir hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verməklə ABŞ ilə enerji məsələləri üzrə yaxından əməkdaşlıq etdiyini bildirib. Bununla yanaşı, iki ölkənin terrorizmə qarşı mübarizə və kütləvi qırğın silahlarının yayılmaması üzrə uğurlu əməkdaşlıq etdiyini qeyd edərək, Azərbaycanın ABŞ-ın Əfqanıstandakı əməliyyatlarına dəstək verən ilk ölkələrdən biri olduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ-ın ədalətli vasitəçiliyinə etibar etdiyini və münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu ilə nizamlanmalı olduğunu bildirib.

ABŞ-ın dövlət katibi Reks U. Tillersonun Elmar Məmmədyarova ünvanladığı məktubunda ölkəsinin xüsusilə enerji sahəsində Azərbaycanla yaxından əməkdaşlıq etdiyini deyib. O, ABŞ-ın Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsi, iqtisadi imkanlarının artıtılması istiqamətində səylərinə dəstək verdiyini bildirib.

Dövlət katibi Azərbaycanın 11 sentyabr hadisələrindən sonra ABŞ-a dəstək verən ilk ölkələrdən biri olduğunu vurğulayıb. O həmçinin ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllində maraqlı olduğunu qeyd edib.

Reks U. Tillerson dostluq və əməkdaşlığın 25 illiyi münasibətilə Amerika xalqı adından Azərbaycan xalqına təbriklərini çatdırıb.

Azərbaycan və ABŞ arasında diplomatik əlaqələr 1992-ci il fevralın 28-də qurulub. Azərbaycanın ABŞ-dakı səfirliyi 1992-ci ilin martında, ABŞ-ın Azərbaycandakı səfirliyi isə 1992-ci ilin noyabrında açılıb.

İnidyədək iki ölkə arasında 76 sənəd imzalanıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG