ABŞ dövlət katibi Reks Tillerson Novruz bayramı münasibətilə dünya ölkələrində yazın gəlişini qeyd edən milyonlarla insana təbrik mesajı göndərib.
“Dünya ölkələrində yazın gəlişi və yeni ilin başlaması kimi qədim ənənəni qeyd edən bütün insanlara sevinc dolu və uğurlu Novruz arzulayıram.
Novruz qarşıdan gələn ilə ümid və nikbinliklə baxdımız bir vaxtdır.Reks Tillerson
Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Suriya, Tacikistan, Türkmənistan və Özbəkistan, eləcə də Cənubi və Mərkəzi Asiya və Körfəz ölkələrindəki icmalar daxil olmaqla milyonlarla insan ailə üzvləri və dostları ilə ilin bu mövsümünü qeyd edir. Bu gün bir çox amerikalı da öz əcdadlarının əziz ənənələrini yeni nəslin nümayəndələri ilə bölüşərək bu təntənələrə qoşulur.”
Dövlət katibi Tillerson Novruz mövsümünün ümid və nikbinlik dövrü olduğunu qeyd edib.
“Novruz qarşıdan gələn ilə ümid və nikbinliklə baxdımız bir vaxtdır. Biz bu yeni yaz mövsümünü birlikdə qeyd etməyimizi səbirsizliklə gözləyirik və Novruzun hamıya sülh və firavanlıq gətirəcəyinə ümid bəsləyirik.”