Accessibility links

Tillerson Ukraynaya səfər edəcək


ABŞ Dövlət katibi Reks Tillerson prezident Donald Trampı Böyük 20-lərin sammitində müşayiət etdikdən sonra gələn həftə Ukraynaya səfər edəcək. Bu haqda ABŞ Dövlət Departamenti bəyanat verib.

Tillerson səfər zamanı Ukrayna prezidenti Petro Poroşenko, eləcə də hökumət və vətəndaş cəmiyyətinin “gənc islahatçılar”ı ilə görüşlər keçirəcək.

ABŞ Dövlət katibi Reks Tillerson Ukrayna prezidenti Petro Poroşenko ilə Vaşinqtonda görüş zamanı
ABŞ Dövlət katibi Reks Tillerson Ukrayna prezidenti Petro Poroşenko ilə Vaşinqtonda görüş zamanı

“Dövlət katibi Amerikanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqiyini bir daha təsdiq edəcək, eyni zamanda, Ukrayna hökumətini Ukraynanın iqtisadi, siyasi və hərbi cəhətdən möhkəmlənməsinə xidmət edəcək islahatları gücləndirməyə təşviq edəcək”, deyə Dövlət Departamentinin bəyanatında bildirilir.

Prezident Donald Tramp Ukrayna prezidenti Petro Poroşenkonu Ağ Evdə keçən ay qəbul etmişdi. Bunun ardınca ABŞ-ın Maliyyə nazirliyi Rusiyaya və Ukraynanın şərqində Rusiya tərəfdarı separatçılara, habelə onlarla əlaqəsi olan ayrı-ayrı şəxslər və şirkətlərə qarşı əlavə sanksiyalar tətbiq edib.

Sanksiyalar Moskvanın Ukraynanın şərqində Rusiya tərəfdarı üsyançılara dəstəyini davam etdirməsi ilə əlaqədar tətbiq edilib.

XS
SM
MD
LG