Accessibility links

Tillerson: Livanın istefaya gedən baş nazirinin Səudiyyə Ərəbistanında zorla saxlandığına dair işarə yoxdur


Cümə günü ABŞ dövlət katibi Reks Tillerson deyib ki, Livanın baş naziri Səad Əl-Həririnin Səudiyyə Ərəbistanından zorla saxlanıldığına dair “heç bir işarə yoxdur”.

Həriri şənbə Səudiyyə Ərəbistanında ikən istefaya getdiyini açıqlayıb.

Cümə Pekindən Da Nanqa yola düşən Tillersonun onunla səfər edən mətbuat heyətinə bildirib ki, Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil Əl-Cübeir ona Həririnin istefa etmək qərarını özünün verdiyini deyib. Yüksək səviyyəli diplomatlar çərşənbə axşamı söhbət edib.

"Bildiyiniz kimi, Həriri həm Livan həm də Səudiyyə Ərəbistanı vətəndaşıdır. Onun ailəsi onun istəyi ilə uzun zamandır Səudiyyə Ərəbistanında yaşayır. Ona görə də, xarici işlər naziri bu qərarı onun özünün verdiyindən əmin edib”, Tillerson deyib.

Tillerson həmçinin qeyd edib ki, Həriri istefasını rəsmiləşdirmək üçün Livana geri dönməlidir ki, “Livan höküməti normal fəaliyyət göstərə bilsin”.

Beyrutda hökümət rəsmiləri Həririnin Səudiyyə Ərəbistanında zorla saxlandığını düşündüklərini bildirib və bunun Livanı İran və Səudiyyə Ərəbistanı arasında güc mübarizəsinə daxil etməyə çalışmaq səylərinin bir hissəsi olaraq qiymətləndirib.

Səudiyyə Ərəbistanı illərdir Livanda İranın dəstəklədiyi Hizbullahla yaşanan siyasi münaqişədə Həriri və onun müttəfiqlərini dəstəkləyib.

ABŞ Həririnin istefası ətrafında cərəyan edən hadisələri yaxından izlədiyini bildirib və üçüncü tərəfləri məsələdən kənar durmağa çalışıb.

Səudiyyə Ərəbistandan televiziyada yayımlanan istefa çıxışında Həriri İran və Hizbullahı ərərb ölkələrində ixtilaf yaratmaqda günahlandırıb və ona qarşı sui-qəsdin olacağından qorxduğunu deyib. Onun sabiq baş nazir atası 2005-ci ildə bombalama nəticəsində ölüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG