Accessibility links

Yuliya Timoşenko Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib


Vəzifəsindən sui-istifadə ittihamı ilə həbs edilən Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko Avropa İnsan Haqları Məhkəməsinə apilyasiya müraciəti edib.

Bugünkü dinləmələr Ukrayna Ali Məhkəməsinin 7 il həbs cəzasına məhkum edilən xanım Timoşenkonun apilyasiya müraciəti ilə bağlı qərarından bir gün əvvələ təsadüf edir.

Yuliya Timoşenko 2009-cu ildə baş nazir vəzifəsində çalışarkən Rusiya ilə təbii qazla bağlı razılıqda əli olduğu deyilir. O, eləcə də, böyük məbləğdə pul mənimsəmə və vergidən boyun qaçırma ittihamları ilə üzləşib.

Məhkəmənin sentyabr ayının 11-də bərpa ediləcəyi gözlənilir.
XS
SM
MD
LG