Azərbaycanaın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında son durum, Azərbaycan-ABŞ münasibətlərindən danışıb.
Amerikanın Səsi: ABŞ Konqresində Dağlıq Qarabağın erməni icmasının lideri Masis Mayilyanın çıxış etməsinə münasibətiniz necədir?
Bu və ya digər adamı konqresə göndərmək və orada diaspor vasitəsilə görüşləri təşkil eləmək, biz açıq deməliyik ki, bu birmənalı Ermənistanın xarici siyasətdə beynəlxalq ictimaiyyəti aldatmaq üçün addımlarıdır.
Tofiq Zülfüqarov: Birincisi, onu qeyd eləmək lazımdır ki, belə bir məfhum çoxdandır yoxdur, yəni Dağlıq Qarabağın icması. Əslinə qalsa, bu adamlar işğalçı administrasiyanı təmsil edirlər. Paşinyan (Nikol Paşinyan, Ermənistanın baş naziri-red) öz bəyanatında qeyd etdiyi kimi, heç bir fərq yoxdur Ermənistandır, bu, yoxsa işğal olunmuş ərazilərdir. Çünki bu ərazilər Ermənistan tərəfindən işğal olunub və idarə olunur. Bu və ya digər adamı konqresə göndərmək və orada diaspor vasitəsilə görüşləri təşkil eləmək, biz açıq deməliyik ki, bu birmənalı Ermənistanın xarici siyasətdə beynəlxalq ictimaiyyəti aldatmaq üçün addımlarıdır. O ki, qaldı bu hadisəyə qiymət verilməsi, onu qeyd eləmək lazımdır ki, bəzən bizdə bu və ya digər hadisələrə ictimaiyyət həddən artıq böyük önəm verir. Bu və ya digər binada hansısa ictimai tədbir keçirmək adi bir haldır. Bu Konqresdə kimə istəyirsiz rast gələ bilərsiz. Bu və ya digər maliyyədən sonra tədbiri də təşkil eləmək problem deyil. Mən istəyirəm bir mövzuya da toxunum. Bəzən bizdə çox da diqqət yetirilmir. Amma Konqresin təcrübəsi və iş üslubu ondan ibarətdir ki, konqresmenlərin maliyyələşməsi onların seçki kampaniyası aparatının işləməsi və sairə, donor pulları ilə təşkil olunur. Yəni, bu və ya digər şəkildə istənilən insan istər ABŞ vətəndaşı, ya da hansısa təşkilat, ya da xarici ölkə bu və ya digər konqresmenin seçki qərargahı fonduna pul ödəyir və bu, konqresmen artıq bundan sonra siyasi xətləri və ya siyasi məqamları müdafiə eləyir. Biz gördüyümüz hadisə onu göstərir ki, erməni lobbisi ABŞ-da seçki vaxtı konqresmenlərin seçki proqramına, seçki fəallığına pul ödəyiblər və onlar da bu cür tədbirlərdə iştirak edirlər.
Amerikanın Səsi: Azərbaycan tərəfi bu çıxışdan sonra ABŞ tərəfinə etiraz notası təqdim edib. Sizcə bu hadisə Azərbaycan-Amerika əməkdaşlığına hansı təsirlər edə bilər?
Azərbaycan ictimaiyyəti münaqişənin ilk illərindən fərqli olaraq başa düşür ki, beynəlxalq ictimaiyyət, beynəlxalq qurumlar ciddi şəkildə Ermənistan və Azərbaycan konfliktinin həllinə təsir göstərən amillər deyil. Əsas amillər cəbhədə olan vəziyyət, müdafiə potensialıdır.
Tofiq Zülfüqarov: Hesab edirəm ki, bu düzgün addımdır. Biz bu cür hadisələrə göz yummamalıyıq. Amma həddindən artıq da şişirtməməliyik. Çünki bu tədbirlərin əsas məqsədi ilk növbədə Azərbaycan və Ermənistanın ictimaiyyətidir. Mən sizi inandırım ki, Amerika Birləşmiş Ştatların özündə tədbir barəsində hər hansı qəzetdə bəlkə də heç bir məlumat keçməyib. Və ABŞ ictimaiyyətinin heç xəbəri yoxdur ki, bu cür adam gəlib, orada bir-iki saatlıq nəsə deyib və ya deməyib. Burada əsas ünvan bizik. Hər şey ondan asılı olacaqdır ki, biz buna nə cür münasibət bəsləyək. İndi Azərbaycan ictimai mühitində çox normal və obyektiv hadisələr baş verir, proseslər gedir. O, nədən ibarətdir? Azərbaycan ictimaiyyəti münaqişənin ilk illərindən fərqli olaraq başa düşür ki, beynəlxalq ictimaiyyət, beynəlxalq qurumlar ciddi şəkildə Ermənistan və Azərbaycan konfliktinin həllinə təsir göstərən amillər deyil. Əsas amillər cəbhədə olan vəziyyət, müdafiə potensialıdır. Bu məsələlər erməni-Azərbaycan konfliktində və konfliktin ədalətli şəkildə həll olunmasında rol oynayacaqlar.
Amerikanın Səsi: Dağlıq Qarabağın erməni icmasının liderləri vaxtaşırı ATƏT-in Minsk Qrupunun hər üç həmsədr dövlətinə səfərlər edir. Elə isə Dağlıq Qarabağın azərbaycanlı icmasının liderləri hansı səbəbdən belə səfərlər etmir?
Erməni icması və azərbaycan icması söhbəti artıq aktual deyil.
Tofiq Zülfüqarov: İlkin illərdə siz bilirsiniz ki, bu görüşlər həm Azərbaycan, həm erməni icması ilə baş verirdi. Amma hadisələr ona gətirib çıxarıb ki, təxminən 90-cı illərin axırından, Robert Koçaryan (Ermənistanın keçmiş prezidenti-red) hakimiyyətə gəldikdən sonra bildiyinz kimi, danışıqların formatı da dəyişib. İndi danışıqlar, 1998-ci ildən sonra, Azərbaycan və Ermənistan dövlətlərinin başçıları arasında gedir və tərəfləri xarici işlər nazirləri təmsil edir. Bu baxımdan, bu amil, yəni erməni icması və Azərbaycan icması faktiki olaraq öz əhəmiyyətini itirib. Ermənistan rəhbərliyi, Paşinyanın maraqlarını əsas götürsək, ciddi səhvə yol verib. Bu bəyanatdan sonra ki, - "Dağlıq Qarabağ Ermənistanındır və nöqtə". Ondan sonra erməni icması və Azərbaycan icması söhbəti artıq aktual deyil. Mən hesab eləyirəm ki, biz də bunu qeyd eləyib, həmsədrlərə bu mövqeyi çatdırmalıyıq. Necə olur ki, erməni icması həmsdərlərlə görüşlər keçirir? Axı Ermənistan orada öz ordusunu yerləşdirib. Hər bir qurum Ermənistana tabedir. Bu baxımdan, biz bu oyuna niyə gedirik? Bu oyun bizə lazım deyil.
Amerikanın Səsi: Bu ilin dekabrında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir. Bu görüş Dağlıq Qarabağ münaqişəsinin nizamnlanmasına hansı yeni çalarlar gətirə bilər?
Baxın, görün, adı dəyişib bu görüşlərin. Əvvəllər deyirdilər ki danışıqlar baş verəcək. İndi sadəcə görüş adlandırılır.
Tofiq Zülfüqarov: Baxın, görün, adı dəyişib bu görüşlərin. Əvvəllər deyirdilər ki danışıqlar baş verəcək. İndi sadəcə görüş adlandırılır bu hadisələr. İlin axrında xarici işlər nazirləri səviyyəsində ənənəvi görüş keçiriləcəkdir. Orada bir neçə sualların arasında Ermənistan- Azərbaycan konfliktinin və ATƏT-in Minsk qrupunun sülhməramlı fəaliyyəti müzakirə olunacaq. Çox qısa bir şəkildə. Bununla əlaqədar olaraq bəlkə də həmsədrlərlə bir yerdə görüşəcəklər. Amma biz hamımız başa düşürük ki, orada baş verən görüşlər heç nəyi dəyişmir və heç nəyə təsir eləmir. Çünki mövqelər yenə deyirəm, günü-gündən sərtləşən Ermənistanın mövqeyi bu konfliktə artıq Azərbaycanı da məcbur eləyir ki, o bu danışıqlara ona layiq olan bir qiymət versin. Heç bir məsələni dəyişməyən bir proses kimi yanaşsın.