Accessibility links

Tolga Tanış: Cerablus əməliyyatından sonra ABŞ-Türkiyə münasibətlərində daha bir gərgin məqam yaranıb


Tolga Tanışla müsahibə
please wait

No media source currently available

0:00 0:18:02 0:00

Türkiyə silahlı qüvvələrinin Suriyada keçən həftə başladığı hərbi əməliyyatlar ABŞ tərəfindən narahatlıqla izlənilir. Türkiyə əməliyylatların sərhəd bölgəsinin terrorçulardan təmizlənməsi məqsədilə aparıldığını bəyan edib. Lakin rəsmi Vaşinqton müttəfiqi Türkiyəni Suriyada İŞİD-ə qarşı mübarizədə arxalandığı kürd qüvvələri ilə toqquşmalara yol verməməyə çağırıb. Müşahidəçilər Ankaranın Suriyaya müdaxiləsinin Vaşinqtonla iyul ayında dövlət çevrilişi cəhdindən sonra onsuz da gərgin olan münasibətlər qarşısında daha da böyük çətinliklər yarada biləcəyini deyir. Bu yaxınlarda sərhəd bölgəsindən qayıtmış “Hurriyet” qəzetinin Vaşinqton müxbiri Tolqa Tanış Amerikanın Səsinin “Amerika icmalı” proqramında Türkiyənin Suriyada əməliyyatları və ABŞ-Türkiyə münasibətlərindən danışıb.

Türkiyə silahlı qüvvələrinin əməliyyatları

Tolqa Tanışın sözlərinə görə, Türkiyə bu əməliyyatları əvvəlcədən planlaşdırsa da, bunun müttəfiqlərlə nə dərəcədə müzakirə edildiyi məsələsi tam aydın deyil. “Türkiyə hökuməti əməliyyatların sərhəd bölgələrində təhlükələrin aradan qaldılması məqsədilə başladıldığını və İŞİD-in hədəf alındığını bildirib. Əməliyyatların bir sıra maraqlı cəhətləri də var. Karkamışda olarkən gördüyümüz və oradakı kəndlilərin də dediyi o idi ki, İŞİD avqustun 24-də Cerablusu mülki əhalidən boşaltmışdı, oranı mülki əhalidən təmizləmiş və özü geri çəkilməyə başlamışdı. Bu, İŞİD-in bölgədə taktikası baxımından yeniliyə işarə edir. Türkiyə ordusunun İŞİD-in nəzarət etdiyi əraziləri ələ keçirməsindən sonra cənuba doğru hərəkət etməsi əməliyyatları fərqli mərhələyə gətirib çıxardı. Çünki burada Suriyada Demokratik qüvvələrinin əsas komponenetlərindən biri YPG ilə türk ordusu arasında toqquşmaların şahidi olduq və Türk-Amerika münasibətlərində yenidən gərgin bir durumu müşahidə etdik.”

ABŞ-Türkiyə münasibətləri

Türkiyə silahlı qüvvələrinin Birləşmiş Ştatların müttəfiq, Türkiyənin isə terrorçu hesab etdiyi kürd qüvvələrini də hədəf alması ABŞ-ı narahat edir. Birləşmiş Ştatlar Türkiyəni diqqəti İŞİD üzərində saxlamağa çağırıb. Tolqa Tanış Amerikanın bir tərəfdən NATO müttəfiqi Türkiyə, başqa tərəfdən isə Suriyadakı ortağı YPG arasında bu mənada bir tarazlığa çalışdığını deyib. Türkiyə isə onun sözlərinə görə, PKK-nın YPG-yə nəzarət etdiyini və ölkə daxilində yaşanan qarşıdurmaların da Suriya ilə bağlı olduğunu düşünürək buna qəti şəkildə etiraz etdiyini bildirib.

"Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyə-Amerika münasibətlərində başqa problemlər yarandı, Fətullah Gülən məsələsi. Türkiyə oyuna başdan başladı və mart ayında Amerika ilə əldə edilən razılşamanı bir tərəfə qoyaraq, YPG məsələsi ilə bağlı etirazını yenidən razılıqdan öncəki səviyyəyə gətirdi."

“Türkiyə və Amerika arasında YPG ilə bağlı 2014-cü ildən problem var. Lakin bu problem 2016-cı ilin mart ayının sonunda Obama və Ərdoğan arasında Ağ Evdə keçirilən görüşdə əsas etibarilə həll edilmişdi. Membic əməliyyatı yaxınlaşırdı və Amerika administrasiyası Türkiyəni bu əməliyyata dəstək verməyə razı salmağa çalışırdı. Türkiyə və Amerika arasında bölgədəki ərəb ölkələrindən 3 min nəfərlik qüvvənin yaradılmasından sonra Suriyada Demokratik qüvvələri adı altında hərəkət etməsi və bunların YPG ilə çiyin-çiyinə döyüşməsi Membic mühasirəsinə qatılması ilə bağlı razılaşma əldə edildi. Bu razılaşma uzun müddət müvəffəqiyyətlə davam etdi. Amma Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyə-Amerika münasibətlərində başqa problemlər yarandı, Fətullah Gülən məsələsi. Türkiyə oyuna başdan başladı və mart ayında Amerika ilə əldə edilən razılşamanı bir tərəfə qoyaraq, YPG məsələsi ilə bağlı etirazını yenidən razılıqdan öncəki səviyyəyə gətirdi. Cerablus əməliyyatından sonra ABŞ-Türkiyə münasibətlərində Suriya ilə bağlı ən ciddi problem YPG məsələsidir.” Tolqa Tanışın sözlərinə görə, Obama və Ərdoğan arasında sentyabr ayında keçiriləcək görüşdə məsələnin diqqət mərkəzində olacağı gözlənilir.

Baydenin səfəri

Türkiyə silahlı qüvvələrinin Suriyaya müdaxiləsi ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə səfərindən sonraya təsadüf edir.

"Bayden türk hökumətinə yumşaq mesajlar verdi. Fətullah Gülənlə bağlı məsələn, məclis sədrinə “kaş ki Amerikada yaşamasaydı” dediyi məlum oldu. Türkiyədə çevriliş cəhdindən sonra hökumətin atdığı addımlar, jurnalistlərin, iş adamlarının saxlanması kimi mübahisəli məsələlərdə tənqiddən qaçıldı."

Tolqa Tanış Türkiyə-Amerika münasibətlərində 15 iyul çevriliş cəhdindən sonra yaşanan problemləri qeyd edib. Onun sözlərinə görə, Baydenin səfəri bu münasibətlərdə 15 iyuldan sonrakı gərginliklərin aradan qaldırılması məqsədi daşıyırdı. “Türkiyə hökumətinin Suriyada Baydenin avqustun 24-də səfəri zamanı başladığı əməliyyatlara ABŞ-ın bundan əvvəlcədən xəbəri olmamasına baxmayaraq, münasibətləri “təmir etmək” məqsədi daşıyan səfərə kölgə salmamaq üçün Amerika “biz dəstək veririk” kimi açıqlama verdi. Türklər də bunu əvvəlcədən hesablamışdılar və Suriyada əməliyyatlara başlayıb buna gələcək reaksiyaların nə olacağını əvvəlcədən hesablayaraq, Baydeni bu əməliyyatlara dəstək vermək məcburiyyətində qoydular. Bayden türk hökumətinə yumşaq mesajlar verdi. Fətullah Gülənlə bağlı məsələn, məclis sədrinə “kaş ki Amerikada yaşamasaydı” dediyi məlum oldu. Türkiyədə çevriliş cəhdindən sonra hökumətin atdığı addımlar, jurnalistlərin, iş adamlarının saxlanması kimi mübahisəli məsələlərdə tənqiddən qaçıldı.”

Jurnalist bildirib ki, Cerablus əməliyyatının Amerikanın İŞİD-ə qarşı mübarizə səylərinə kömək etmədiyi haqda fikrin mövcud olduğu bir vaxt Baydenin səfərindən sonra iki ölkə arasında münasibətlərdə yeni dinamikanın yarandığını demək mümkündür.

Qərblə münasibətlər

Qərb dövlət çevrilişinə cəhddən sonra Türkiyədə mətbuata qarşı təzyiqlərin artması ilə də bağlı narahatlığını ifadə edib. Tolga Tanış Qərb və Türkiyə arasında əsas fikir ayrılıqlarına toxunub. "Fətullah Güləndən tutmuş YPG-yə qədər Türkiyə və Qərb arasında fundamenta fikir ayrılqıları mövcuddur. Fətullah Gülən məsələsində mən bunun Qərbin mövqeyindən qaynaqlandığını düşünürəm. Amma YPG və bölgədəki kürdlər məsələsində Türkiyənin özünün milli maraqlarını düzgün hesablaya bilməməsinin buna səbəb olduğunu düşünürəm. İki tərəfin bu məsələləri həll edə bilməsi mümkündür."

Tolqa Tanış deyib ki, dövlət çevrilişinə cəhddən sonra Türkiyə hökumətinin yaranmış vəziyyətdən necə istifadə edəcəyi önəmlidir. "Yəni Tayyib Ərdoğanın əlində indi elə bir imkan var, çevriliş cəhdindən sonrakı sorğularda da ona 60 faiz dəstəyin verildiyi göstərilir. Müxalifət partiyalarının dəstəyini aldı, Türkiyənin böyük hissəsində dəstək var, çünki bu, haqlı qəbul edilməz bir şey idi və insanlar bunun görüncə onun ətrafında birləşdilər. Əlindəki bu imkandan necə istifadə edəcək? Məsələ budur. "

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG