Accessibility links

Koronavirusa yoluxan Tom Hanks həyat yoldaşı ilə xəstəxanadan çıxdıqdan sonra karantindədir


Tom Hanks özünü zəif hiss etdiyini, lakin qızdırması olmadığını deyib. O və həyat yoldaşı Rita Vilsonun koronavirus diaqnozu səbəbindən müayinə olunduqları xəstəxanadan çıxdıqdan sonra Avstraliyadakı evlərində özünü təcrid vəziyyətində qaldıqlarını bildirib.

Oskar mükafatı qalibinin nümayəndəsi cütlüyün artıq xəstəxanadan çıxdığını təsdiq edib və Henksin həyat yoldaşı ilə birlikdə özlərini karantinə aldıqlarını deyib.

"Yaxşı xəbər: Virusa yoluxduğum təsdiq edildikdən və özümü təcrid etdikdən bir həftə sonra simptomlar eynidır. Qızdırmam yoxdur, ancaq zəifəm. Qab yuyur, paltar qatlayıram. Pis xəbər: mənim arvadım Cin Rommidə mənə 6 dəfə qalib gəlib və 201 xal qazanıb" - deyə, Tom Hanks çərşənbə axşamı sosial mediada yazıb.

O, sosial mediaya özünün və ya həyat yoldaşının şəklinin əvəzinə, köhnə bir yazı maşınının şəklini qoyub və yazdığı mesajında xəstəliyin daha da çox yayılmasının qarşısının alınması üçün sosial izolyasiya tədbirlərinə dəstək bildirib.

Cütlük Avstraliyanın Baz Luhrmanın Elvis Preslinin həyatı haqda filmin çəkildiyi Qızıl Sahilinə yanvarın sonlarında gedib. Hanks Preslinin meneceri, polkovnik Tom Parker rolunu ifa edir. Warner Bros. studiyası ekranlara 2021-ci ilin oktyabrında çıxarılacağı planlaşdırılan filmin çəkilişinin dayandırıldığını bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG