Accessibility links

Məşhurlar: Keyti Holms


Keyti Holmsun Tom Kruzdan boşanma prosesi çox tez baş verdi və belə görünür ki, o uşağa himayədarlığa görə alacağı az miqdarda pulla qane olub. Amma unutmaq lazım deyil ki, Keyti Holms milyonlarla dollar dəyərində cavahirat və aksesuarları özündə saxlayacaq. Evlilikləri zamanı Tomun Keytiyə verdiyi məşhur dizaynerlər tərəfindən hazırlanmış əl çantaları, cavahiratlar və başqa hədiyyələr Ketidə qalacaq.

Bu əşyaların dəyərinin cəmi deyilənə görə milyonlarla dollardır. ”Radaronline” veb səhifəsinə istinadən Tom Keyti ilə evli olan zaman o qədər səxavətli olub ki, bir dəfə Keytinin ad günündə ona beş yüz mindən çox dəyəri olan brilyant qaşlı sırğa hədiyyə edib.

Hər halda Keyti yaxın zamanlarda pul sarıdan kasadçılıqla üzləşməyəcək.
XS
SM
MD
LG