Accessibility links

Tornadoların təsirinə məruz qoyduğu Kentukki ştatında ölənlərin sayı 64-ə çatıb


Bazar günü ABŞ-ın altı cənub və orta-qərb ştatını bürümüş qeyri-mövsümi tornadolar nəticəsində ölənlərin sayı artıb. Fövqəladə hallar işçilərindən biri isə daha çox sağ qalanların tapılacağına ümid etdiyini bildirib.

Ən ağır dağıntılar Kentukki ştatında olub ki, orada ölənlərin sayı artıq 64, itkin düşənlərin sayı 18-dir. Ölüm hallarının çoxu tornadonun dağırdığı şam fabrikində baş verib.

Dekabr ayında ABŞ-da qeyri-adi şiddətli tornadolar Arkanzas, İllinoys, Missisipi, Missuri, Tennessi və Kentukki ştatlarını keçən 365 kilometrlik yolu qət etsə də, ən çox dağıntı Kentukki ştatında olub.

"Mən 80-dən çox kentukilini itirdiyimizi bilirəm. Bu rəqəm 100-dən çox olacaq. Bu, indiyə qədər yaşadığımız ən ölümcül tornado hadisəsidir" - deyə, ştatın qubernatoru Endi Beşir CNN kanalının "State of the Union" verilişində bildirib

Beşir Kentukki ştatının kiçik Maifild qəsəbəsindəki şam fabrikinin dağıntıları altında daha çox insanın sağ çıxarılmasının möcüzə olacağını deyib. Onun sözlərinə görə, fabrikdə işləyən 110 nəfərdən yalnız 40-ı xilas edilib.

Kentukki ştatının Merifild şəhəri tprnadolardan sonra
Kentukki ştatının Merifild şəhəri tprnadolardan sonra

Lakin ölkənin Federal Fövqəladə Hallar İdarəsi Xilasetmə Agentliyinin rəhbəri Dennii Krisvell CNN agentliyinə xilasetmə işlərinin davam etdiyini bildirib.

Krisvell şam fabrikində 8 nəfərin öldüyü, daha 8-nin isə itkin düşdüyü barədə xəbərin bazar günü təsdiq edildiyini deyib və əlavə edib ki, cümə günü zavodda işləyən 110 nəfərdən 90-dan çoxunun yeri müəyyən edilib.

Illinoy ştatının qubernatoru C.B. Pritzker şənbə günü deyib ki, tornadonun Amazon şirkətinin anbarını dağıtması nəticəsində altı nəfər ölüb. Hadisə növbə dəyişikliyi zaman baş verdiyi üçün rəsmilər itkin düşənlərin olub-olmadığını bilmir.

ABŞ Prezidenti Co Bayden tornadonun vurduğu beş ştatın - Arkanzas, İllinoys, Kentakki, Missuri və Tennessinin qubernatorları ilə telefonla danışıb. Bayden Kentakki üçün fövqəladə vəziyyətin elan edilməsinə icazə verib ki, bu da ştata federal yardım göstərilməsinə imkan yaradır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG