Accessibility links

Tramp: Çinlə ticarət razılığı əldə edilməsinin "sehrli tarixi" yoxdur


ABŞ prezidenti Vaşqintonda müzakirələrin davam etdiyi bir vaxt Çinlə ticarət razılığı əldə edilməsinin "sehrli tarixi" olmadığını deyib.

Ticarət danışıqları dekabrda ABŞ prezident Donald Trampla Çin prezidenti Şi Tsinpin arasında Yeni İl günündən başlayaraq 90 gün müddətə tarif mübahisəsini dayandırmaq barədə əldə edilən razılığın nəticəsidir.

Çin mallarına tətbiq ediləcək 200 milyard dollarlıq tariflər tərəflər ticarət razılığı əldə etməsə, mart ayının 1-dən 10-dan 25 faizə qaldırılmalıdır.

"Əsas sual tariflərin artırılması ilə bağlıdır. Çünki tariflər avtomatik olaraq 10-dan 25 faizə qalxacaq. Mən bilirəm ki, Çin bunu istəməz. Onlar buna yol verməmək üçün cəld hərəkət edir. Nə baş verəcəyini görəcəyik. Bircə bunu deyə bilərəm ki, Çin ticarətini yaxşı aparır" , Donald Tramp bildirib.

ABŞ prezidenti razılığa yaxınlaşıldığı təqdirdə Çin mallarına qoyulacaq tariflərin möhlətinin uzadılmasına razılıq verə biləcəyini deyib.

Ağ Ev Çinlə müzakirələrin ehtiyac duyulan struktur dəyişikliklərə həsr edildiyini bildirib.

Çin ABŞ-ın ticarət siyasətinin onun ticari inkişaflarına mane olduğunu deyir.

Bu arada, müzakirələrdə ABŞ-ı təmsil edən Robert Laytayzer Nümayəndələr Palatasının komitəsində ABŞ-Çin ticarəti barədə ifadə verəcək.

Komitənin bəyanatında dinləmələrin fevralın 27-də baş tutacağı bildirilib.

XS
SM
MD
LG