Donald Trampın ABŞ tarixində iki dəfə impiç olunan prezident olması onun ən davamlı mirası ola bilər. Bu isə onun yanvarın 6-da tərəfdarları tərəfindən ABŞ Kapitolisində baş verən üsyandan öncəki imicindən çox fərqlidir.
Prezident tarixçisi Barbara Perri deyir ki, Trampın normaları pozan, irqçi və onlayn bullinq kimi reputasiyalarına baxmayaraq, sabiq prezident 2016-cı ildə seçki kampaniyasında verdiyi əsas vədlərdən bir çoxunu həyata keçirib.
“Bəlkə də bir çox prezidentdən fərqli olaraq, o, vədlərini yerinə yetirdi,” Virciniya Universitetinin Miller Mərkəzinin prezident araşdırmaları direktoru Perri deyib.
“O, zənginlərə vergiləri azaltdı. O, federal nizamlamaları məhdudlaşırıb, azaltdı. O, aşağı instansiyalı federal məhkəmələrə 200-dən çox mühafizəkar federal hakim, ABŞ Ali Məhkəməsinə də üç mühafizəkar üzv təyin etdi. O, Çinə qarşı taktikalarında gücdən istifadə etdi. O, cənub sərhəddə divarın bir hissəsini inşa etdi, qanunsuz immiqrasiyanı azaltmağa cəhd etdi və bunda müvəffəq oldu.”
Tarixçilərin bundan onillər sonra 45-ci prezidentə necə yanaşacağı riskli bir məsələdir. Perspektivlər vaxtaşırı dəyişir. Lakin Perri və başqa siyasət tələbələri razılaşır ki, Trampın bu həftə “qiyamı təhrik etmək ittihamı” ilə başlayan məhkəməsi çox güman ki, onun prezidentliyi dövründə əldə etdiyi ən diqqətəlayiq nailiyyətlərinə kölgə salacaq və ya onları ləkələyəcək.
Tarix kitablarında onunla bağlı əsas məsələ onun idarə etdiyi hökumətə qarşı üsyan təşviq etməkdə ittiham olunub, məhkəməyə verilməsi olacaq.
Tarixi məhkəmə araşdırması
ABŞ Nümayəndələr Palatası yanvarın 13-də 74 yaşlı sabiq prezidenti impiç etdi və onu yanvarın 6-da Kapitoliyə hücumdan öncə tərəfdarları önündə çıxışı zamanı onları üsyana təhrik etməkdə ittiham ediblər.
Trampın tərəfdarları Konqresin birgə sessiyasında Co Baydenin 2020-ci ilin noyabr seçkisində qələbəsini sertifikatlaşdırmasının qarşısını almaq istəyirdilər.
Hücum edənlər arasında ağların üstünlüyü ilə bağlı nəzəriyyələri dəstəkləyən sağçı qrupların üzvləri də olub.
“Bu onun üzərində qara ləkədir, və əgər o təqsirli bilinsə, bu ciddi bir qara ləkə olacaq,” Corctaun Universitetinin Qanun Mərkəzində konstitusiya qanuni üzrə professor Süzan Lou Blok deyib.
Blok bildirir ki, Senatdakı Respublikaçıların Demokratlara qoşularaq sabiq prezidenti təqsirli bilməsi ehtimalı çox aşağıdır. Onun təqsirli tanınması üçün ümumilikdə 67 senatorun səsinə ehtiyac var. Lakin 45 Respublikaçı senator impiçment məhkəməsi başlamadan belə onun əleyhinə səs verib. Bu da onların məhkəmə zamanı qərarlarının nə olacağına işarə edir.
Tramp həmçinin vəzifədən gedəndən sonra məhkəmə ilə üzləşən ilk prezident olacaq. Lakin yüksək səviyyəli Demokratlar deyir ki, o, məsuliyyətə cəlb olunmalıdır.
İmpiçment
İmpiçment, yəni iddia olunan cinayətlərə görə ittihamların irəli sürülməsi öz bildiyini edən prezidentlə bağlı görülən ən ciddi tədbirdir. Təqsirli bilindiyi halda prezident vəzifəsindən kənarlaşdırıla və ya gələcəkdə dövlət vəzifəsinə namizəd olmağa diskvalifikasiya oluna bilər.
ABŞ tarixində yalnız üç prezident impiç olunub: 1868-ci ildə Endrü Conson, 1998-ci ildə Bill Klinton, 2019 və 2021-ci illərdə də Tramp. Bu dörd impiçment məhkəmələrindən üçü son 23 ildə baş verib. İndiyədək heç bir prezident təqsirli bilinməyib.
Ciddi əngəl
Prezidentin iki dəfə impiç olunmasının və vəzifədən gedəndən sonra impiçment məhkəməsi ilə üzləşməsinin təsirlərini dərk etmək onillərlə vaxt apara bilər. Lakin tarixçilər artıq yanvarın 6-da baş verən hadisələrin əhəmiyyəti ilə bağlı parçaları birləşdirməyə başlayıblar və deyirlər ki, Kapitoliyə hücumdan sonra bunun ölkə üçün viranedici uzun-müddətli nəticələrinin qarşısını almaq məqsədilə milli hesablaşmaya ehtiyac var.
“Firkimcə qeyd etmək lazımdır ki, bu təkcə ikinci impiçment deyil, travmatik siyasi məsələdir. Bu ilk dəfə idi ki, vəzifəsini icra edən prezident hakimiyyətin dinc yolla ötürülməsini təhrif etməyə çalışdı,” Nyu York Universitetinin tarix və ictimai xidmət professor Timoti Naftali bildirib.
Tramp aktiv şəkildə 2020 seçki nəticələrini rədd edib və seçki rəsmilərinin yanlış davranışı və geniş yayılmış seçki saxtakarlığı səbəbilə məğlub olduğunu iddia edib. Lakin onun baş prokuroru Vilyam Barr Ədliyyə Departamentinin seçkinin nəticəsini dəyişəcək genişmiqyaslı seçici saxtakarlığının olduğuna dair heç bir dəlilin aşkarlamadığını təsdiq edib.
Ancaq Kapitoliyə hücumdan bir neçə saat sonra 147 Respublikaçı – səkkiz senator və 139 nümayəndə - seçki nəticələrinin ləğvinin lehinə səs verdi.
“Konqresdə daha öncə seçki nəticələrini ləğv etmək üçün əsaslı addım atılmamışdı. Bu, qeyri-adi idi. Bu daha öncə baş verməyib,” Amerika Tarix Assosiasiyasının icraçı direktoru Ceyms Qrossman bildirib.
Üsyan
ABŞ Kapitolisində ən son əhəmiyyətli qarışıqlıq 1861-ci ildə Cənublu senatorlar Vətəndaş Müharibəsindən öncə yerlərini boşaltdıqları zaman baş verib. Prezident Abraham Linkoln quldarlığın İttifaqda yayılmasına qarşı çıxan platforma ilə çıxış edirdi. Linkoln 1860-cı ildə seçkidə qalib gələndən sonra Cənub ştatların ölkədən ayrılması ilə nəticələnən hər hansı kompromisi rədd etdi.
Vətəndaş müharibəsində azı 620,000 amerikalı həyatını itirdi. Münaqişə başa çatdığı zaman Konfederasiyanın lideri Cefferson Deyvis vətənə xəyanətdə itiham olunub, həbs edilmişdi. Lakin o heç vaxt məhkəmə qarşısına çıxarılmamışdı və iki il sonra azadlığa buraxılmışdı.
1868-ci ilin dekabrın 25-də Linkolnun qətlindən sonra prezident olan Endrü Conson Birləşmiş Ştatlara qarşı vuruşan bütün keçmiş Konfederasiya üzvlərini əfv etdi. O insanların bəziləri isə daha sonra irqi seqreqasiyanı qanuniləşdirən Jim Crow qanunlarının memarlarına çevrildilər.
“Vətəndaş Müharibəsi ilə bağlı reallıqların ört-basdır edilməsi Cənub ştatlara 1960-cı illərin ortalarına qədər davam edən apartid tətbiq etmələrinə imkan yaratdı,” Naftali deyir.
Qrossman bildirir ki, Vətəndaş Müharibəsindən sonra atılan yanlış addımlar onu göstərir ki, pis hadisələrə nəyin səbəb olduğunu başa düşüb, dərk etmədən ölkəni sağaltmağa çalışmaq səhvdir.
Sağalmağa doğru aparan yol
Tarixçilər Qrossman və Naftalinin dediyinə görə, Amerika tarixi göstərir ki, irqçilər qınanıb, utandırılıb, kənarlaşdırılmaq əvəzinə cəsarətləndirildiyi və ya xidmət edildiyi zaman ölkə böyük bədəl ödəyir.
Kapitolidəki üsyanın vurduğu zərəri düzəltmək üçün yanvarın 6-da ələrin təhlükə altında olduğunu anlamaq lazımdır.
Naftali deyir ki, zərərin düzəltmək yolu həqiqətdən və ağ supremasistlik daxili terrora qarşı effektiv mübarizənin əsasını qoymaqdan keçir.
“Məsələ indi Donald Trampdan daha böyükdür. Məsələ bizim ölkə olaraq bir araya gələrək, milyonlarla amerikalını saxta peyğəmbərə və zəhərli cəfəngiyata inandıqlarına inandıracağımızdır.Mən düşünmürəm ki, bir insanın məhkəməsi və ya konstitusiyaya bir dəyişiklikdən istifadə olunmasının daha bötük bir problemi həll edəcəyini düşünmürəm.”
Naftali deyir ki, Trampın ən böyük tərəfdarlarının Demoraktlara insanması ehtiamlı çox az olduğu üçün Respublikaçı rəsmilər hərarəti azaldıb, tərəfarları qütbləşmədən uzaqlaşdırmalı olacaqlar.
Çətinlik Respublikaçıların yanvarın 6-nın bizim konsistusion sistemimizə hədə olduğunu qəbul etməsi və daha sonra zorakı etirazın qanunsuz və qəbuledilməz olduğunu və Birinci Düzəliş altında qorunmadığını izah etmələrindən ibarətdir. Bu, vaxt alacaq. Buna Respublikaçılar Partiyasının radikallaşan bir hissəsi dəyişmək daxildir.”
Perri deyir ki, ekstrimlər idarəni ələ keçirəndə demokratiya təhlükə ilə üzləşir.
“Amerikalıların əksəriyyəti siyasi spektrin ortasındadır. Bəli, ekstrimlər var, amma onlar adətən azlığı təşkil edir. Adətən güc mərkəzin əlinə keçir, ona görə də demokratiya davam edir,” o bildirir. “ABŞ Ali Məhkəməsinin hakimi Sandra Day O’Konnor deyərdi ki, demokratiya genetik deyil, onun nə olduğunu, demokratiyada neçə yaşamağı, işləməyi, idarə etməyi və onun parçası olmağı hər nəslə öyrətmək lazımdır.”