Accessibility links

Trampın impiçment mühakiməsi səbəbi ilə Vaşinqtonda təhlükəsizlik tədbirləri gücləndirilir


Gələn həftə ABŞ Senatında keçmiş prezident Donald Trampın impiçment məhkəməsi başlamazdan əvvəl paytaxt Vaşinqtonda və onun ətraflarında təhlükəsizlik tədbirləri gücləndirilir.

Rəsmilər təhlükəsizliklə əlaqəli spesifik kəşfiyyat məlumatlarını bölüşməkdə tərəddüd edir. Onların bəziləri hətta sosial media platformalarında gedən müzakirələri narahatla qarşılayır. Bu səbəblə də 6 yanvarda baş verən hücmdan sonra təhlükəsizlik qüvvələri heç bir detalı nəzərdən qaçırmamağa çalışır.

Vaşinqton Daxili Təhlükəsizlik və Təcili Yardım İdarəsinin rəhbəri Kristofer Rodriqez cümə axşamı Konqres üzvlərinə deyib ki, "heç olmasa Vaşinqtonda görünən təhlükəsizlik qüvvələrinin varlığını nümayiş etdirməliyik".

Şəhərdə zorakılığa heç bir halda yol verilməyəcəyini bildirən Rodriqez deyib ki, "təhlükəsizlik qüvvələrinin şəhərdəki hazırkı varlığı təcili yardım anında bölgənin bütün yerlərinə qüvvə göndərməyə imkan vermək baxımından vacib olduğunu düşünürük".

Prezident Co Baydenin 20 yanvarda tarixindəki andiçmə mərasimindən sonra bəzi təhlükəsizlik bariyerləri yığışdırılsa da, ABŞ Konqresini əhatə edən dəmir hasar və tikanlı məftillər hələ də orada saxlanılır.

Kapitoli Polisinin sözçüsü Eva Malecki çərşənbə axşamı Amerikanın Səsinin sualına emaill-ə göndərdiyi cavabında bildirib ki, "departamentin mövcud təhlükəsizlik vəziyyəti, Senatda yaxınlaşan impiçment məhkəməsi, Konqres və Kapitoliyə yönələn davamlı təhdidlərə yüksək səviyyədə hazır olmağımızı davam etdirməyi tələb edir".

ABŞ ordusu tərəfindən keçən həftə verilən açıqlamada bildirilir ki, Co Baydenin andiçmə mərasimi üçün Vaşinqtona göndərilən 27 min Milli Qvardiyadan 7 min üzvü martın ortalarına qədər şəhərdə qalacaq.

Rəsmilər bundan əlavə Milli Qvardiyanın yarım-ştat xidmətçilərinin də
fövqəladə vəziyyətlərdə köməyə ehtiyac olduqda silahlanacağını və təhlükəsizliyin təmin olunmasına kömək edəcəyini, habelə rabitə və kütlələrə müdaxilə məqsədi ilə yerli qüvvələrə yardım edəcəklərini bildirib.

Vaşinqton meri həmçinin hər hansı bir problem baş verdiyi halda çevik reaksiya verə bilmək üçün 500 Milli Qvardiya əsgərinin hazır vəziyyətdə saxlanmasını tələb edib.

ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi çərşənbə axşamı keçirdiyi brifinqdə ABŞ Federal Təhqiqat Bürosu (FTB), Daxili Təhlükəsizlik Nazirliyi və yerli səlahiyyətlilər tərəfindən paylaşılan kəşfiyyat materiallarına istinad edərək, idarənin hələ də əlavə Milli Qvardiya bölmələrinə ehtiyacı olduğunu təkrar edib.

XS
SM
MD
LG