The New York Times-ın cümə axşamı bildirdiyinə görə, ABŞ prezidenti Donald Tramp may ayında aparat rəhbərinə kürəkəni və müşaviri Cared Kuşnerin yüksək səviyyəli təhlükəsizlik yoxlanışından keçməsinə dair göstəriş verib.
Qəzet yazıb ki, yüksək səviyyəli administrasiya rəsmiləri bu qərardan narahat olub. Bu isə o zaman Ağ Evin aparat rəhbəri Con Kellini Kuşnerin yüksək səviyyəli təhlükəsizlik yoxlanışından keçirilməsinə göstəriş verildiyinə dair daxili memorandum yazmağa vadar edib.
The New York Times həmçinin bildirib ki, həmin ərəfədə Ağ Evin müşaviri olan Donald Makqan da Kuşnerlə bağlı narahatlıqları və qərarın əleyhinə çıxdığını bildirilən daxili memorandum yazıb..
The Times-ın məlumatına görə, memorandum Trampın yanvar ayında qəzetə verdiyi müsahibəsində Kuşnerin təhlküsizlik yoxlanışından keçməsində rolu olmadığına dair bəyanatına zidd olub.
Ağ Evin sözçüsü Sara Sanders isə qəzetdə çıxan məqalə ilə bağlı deyib ki, “Biz təhlükəsizlik barədə danışmırıq”.
Kuşnerin vəkili Abbi Louelin sözçüsü Piter Miricanian bildirib ki, ötən il Ağ Ev və təhlükəsizlik işçiləri Kuşnerin təhlükəsizlik yoxlanışından keçməsinin normal prosesin bir hissəsi olub və buna heç kəs tərəfindən göstəriş verilməyib.