Accessibility links

Tramp: Çin mallarına qoyulacaq tariflərin möhləti uzadıla bilər


ABŞ prezidenti razılığa yaxınlaşıldığı təqdirdə Çin mallarına qoyulacaq tariflərin möhlətinin uzadılmasına razılıq verə biləcəyini deyib.

Çin mallarına tətbiq ediləcək 200 milyard dollarlıq tariflər tərəflər ticarət razılığı əldə etməsə, mart ayının 1-dən 10-dan 25 faizə qaldırılmalıdır.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ticarət təmsilçisi Robert Laytizer hazırda Pekində Çin rəsmiləri ilə müzakirələr aparır. Donald Tramp danışıqların yaxşı keçdiyini deyib.

Tramp administrasiyası Çin mallarına tarfiləri Çinin ədalətsiz ticarət fəaliyyətlərinə görə tətbiq edib.

ABŞ Çini Amerika texnologiyasını oğurlamaqda və Çində fəaliyyət göstərən ABŞ şirkətlərini ticarət sirlərini paylaşmağa məcbur etməkdə günahlandırır.

Çin isə Amerikanın ticarət qaydalarını pozaraq, Çinin iqtisadi artımına mane olduğunu deyərək, ABŞ mallarına tariflər təbiq etməklə qisas alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG