Accessibility links

Tramp: Kim Con Unla sammitlə bağlı son qərar gələn həftə məlum olacaq


ABŞ prezidenti Donald Tramp deyib ki, Birləşmiş Ştatlar Şimali Koreya lideri Kim Conq Unla iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılmış zirvə görüşünün baş tutub-tutmasını gələn həftə öyrənəcək.

“İyunun 12-də baş tutsa, çox yaxşı olar. Əgər biz bunu edə bilsək bu, Şimali Koreya üçün çox yaxşı olacaq”, Tramp bildirib.

Şimali Koreya zirvə görüşünün Birləşmiş Ştatların birtərəfli qaydada nüvəsizləşdirmə tələbləri ilə bağlı fikir ayrılıqlarına görə baş tutmaya biləcəyinə işarə edib.

Tramp Cənubi Koreya prezidenti Mun Ce-in ilə Ağ Evdə keçirilən görüş zamanı Şimali Koreya lideri Kim Con Unla planlaşdırılmış sammitin gələn ay baş tutmaya biləcəyini etiraf edib.

“Əgər bu dəfə olmasa, bəlkə bundan sonra baş tuta bilər”, Tramp bildirib.

Tramp deyib ki, onun administrasiyasının irəli sürdüyü şərtlər var. “Biz bu şərtlərin qəbul ediləcəyini düşünürük”, o bildirib.

Şərtlərin nədən ibarət olduğu ilə sualın cavabında Tramp “mən bunlardan haqda danışmamağa üstünlük verirəm” cavabını verib.

Lakin o əlavə edib ki, Şimali Koreyanın nüvəsizləşdirilməsi yerinə yetirilməlidir.

Sinqapur görüşünə hazırlıq məqsədilə Pxenyanda Kim Conq Unla iki dəfə görüşən ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə günü bildirib ki, “biz Koreya yarımadasının bütünlüklə, yoxlanılması mümkün nüvəsizləşdirməsi istiqamətində qəti addımların atıldığını görməynə qədər bizim mövqeyimiz dəyişməyəcək”.

XS
SM
MD
LG