Accessibility links

Tramp 100-cü gününə hazırlaşarkən demokratların etirazları artır [Video]


Tramp 100-cü gününə hazırlaşarkən demokratların etirazları artır
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Aprel ayının 29-u ABŞ prezidentinin hakimiyyətə gəlməsinin 100-cü günüdür. Prezidentliyin 100-cü günü Franklin Ruzveltin hakimiyyəti zamanı yaşanan Böyük Depressiya dövründən sonra prezidentlərin ilk nailiyyətlərinin ölçüsü hesab edilir. Bu gün həm də demokratların yeni prezidentin fəaliyyətlərini qiymətləndirməsi günüdür.

Bu yaxınlarda Konqres forumlarının birində demokratlar Arizona ştatından respublikaçı Ceff Fleyk kimi prezidentə dəstək bildirən respublikaçılara təzyiq göstərərək, birlik nümayiş etdirmişdi.

Senator Ceff Fleyk: “Mənim prezident Trampla razılaşdığım və razılaşmadığım məsələlər var.”

Demokratlar prezidentin vergilərini açıqlamamasına dair etirazlara da qoşulub. Hazırda onlar Corciya ştatında iyun ayı keçiriləcək xüsui Konqres seçkilərinə diqqət yönəldib. Bir çoxları buna Trampın populyarlıq sınağı kimi baxır.

Prezidentliyə sabiq namizəd Berni Sanders ölkə turu zamanı yenidən formalaşan partiyaya dəstək ələ etməyə çalışıb.

“Bu, demokrat partiyasının yenidən qurulması, partiyanın xalqın partiyası edilməsidir.”

Demokratların Trampa qarşı tənqidlərini artırması ilə prezident onların Konqresdə mümkün büdcə böhranına yol verilməməsində yardım edəcəyinə ümid bəsləyir.

“İş hökumətin açıq saxlanmasından gedirsə, biz bunu istəyirik. Razısınızmı?”

Təhlilçi Sara Baynderin fikrincə, Demokrat Partiyasının sərt mövqeyi Trampın onlarla əməkdaşlığını mürəkkəbləşdirə bilər.

“Demokratlar əməkdaşlıqdan ibrət dərsi alıblar. Onlar bunun partiyalarına heç bir mənfəəti olmağını bilirlər. Demokratlara əməkdaşlıqla bağlı siyasi təzyiq göstərilmir. Gələcəkdə yaxın əməkdaşlıq gözləmirəm.”

Tramp bundan əlavə respublikaçılar arasında səhiyyə və digər məsələlərdə parçalanma ilə üzləşib. Bu, təhlilçi Uilyam Qalstonun fikridir.

“Prezidentin stretegiyası dostları birləşdirib, düşmənləri parçalamaq olmalıdır. İndiyə qədər prezident bunun tam tərsini edib. Qəsdən etməsə də, belə alınıb.”

Ceremi Meyer hesab edir ki, demokratların Trampa müxalifəti riskli ola bilər.

“Hər bir məsələyə daimi müqavimət düzgün strategiya deyil. Bu millət üçün nə isə ediləcəyi gözlənilir. Ortaq zəmin əldə edilməlidir.”

Prezidentin erkən siyasi büdrəmələri ilə bərabər demokratların Tramp əleyhinə olması Hillari Klintonun məğlubiyyətindən sonra özünə yeni yol axtaran partiya üçün birləşdirici faktordur.

XS
SM
MD
LG