2018-ci ilin prezident Donald Tramp üçün çətinliklər və yeni imkanlarla dolu bir il olacağı gözlənilir. Tramp son ay əldə ediyi vergi islahatı gələbəsinin növbəti nailiyyətlərinə stimul verəcəyinə ümid edir. Lakin həm prezident, həm də onun Konqresdəki həmkarları noyabr ayında keçiriləcək ara seçkilərində demokratların qələbə dalğası ilə üzləşə bilərlər.
Vəzifəsinin ikinci ilinə başlayan prezident Tramp son ayda baş tutan vergi ixtisarı islahatı qələbəsinin digər planlarının reallaşmasına yardım edəcəyinə ümid edir.
Prezident Donald Tramp: “Bu ildən daha yaxşı ilə malik olmaq çətin olacaq. Çünki keçən il bizim çox xüsusi il oldu. Əsasən də, böyük vergi ixtisarı və vergi islahatı nailiyyətinə görə.”
Lakin il Ağ Ev üçün çox ağır başladı. Trampın prezidentlik stilini tənqid edən kitabın nəşri onun prezident vəzifəsinə layiq olub-olmaması haqqında sualların yaranmasına səbəb oldu. Demokrat senator Kirsten Gillibrand:
“Mən düşünmürdüm ki, Tramp prezident olmağa uyğun insandır. Mən düşünmürdüm ki, onun bu işi görmək üçün mühakiməsi və xasiyyəti var. Bu kitab isə mənim naraharlıqlarımı təsdiq edir.”
Tramp və köməkçiləri kitabın uydurma olduğunu deyirlər. Mətbuat katibi Sara Hakabi Sanders:
“Çoxlu sayda yanlışlıqlar var. Lakin mən öz vaxtımı və ölkənin vaxtını fantaziya olan bu kitaba sərf etməyəcəm.”
Amma kitab ətrafında səs-küy və Tramp ilə sabiq strateqi Stiv Bannon arasındakı söz-söhbət prezidentlə bağlı mövqedə siyasi bölünməni daha da dərinləşdirdi. Bu sözləri Con Hyudak deyir:
“Bu kitab prezidentin mental qeyri-sabitliyi və tənəzzül ilə bağlı çətinliyi haqqında olan şübhələrlə üst-üstə düşür. Lakin prezidentin dəstəkçiləri üçün bu kitab uydurmadır və ciddi qəbul edilməyəcək.”
Vergi qələbəsinə baxmayaraq, Tramp ilk prezidentlik ilində qeyri-populyar olub və 2018-ci ilin noyabrında keçiriləcək Konqres ara seçkilərində demokratların ehtimal edilən qələbə dalğasına hazır olmalıdır. Bu sözləri Molli Reynolds deyir:
“Düşünürəm ki, respublikaçıların üzləşəcəyi çətinlik demokratların düşərgəsində olan entüziazm respublikaçı düşərgədəkindən çox olmasıdır. Səbəblərdən biri prezident Trampın qeyri-popular olmağa davam etməsidir.”
Təhlilçilər xəbərdarlıq edirlər ki, Ağ Evə 2018-ci ildə çətinlik yaradacaq digər vacib məqam Rusiya ilə bağlı təhqiqatdır.
Prezidenti Donald Tramp: “Növbəti günlərdə nə baş verə biləcəyini deyə bilməzsiniz.”
Digər tərəfdən də prezidentin xaotik liderlik stili. Con Hyudak deyir ki, bu dəyişənə bənzəmir:
“Məncə kimsə düşünürdüsə ki, Trampın ilk prezidentlik ili müvəqqəti idi və növbəti üç ildə onun davranışı dəyişəcək və dövlət vəzifəsinə müvafiq olacaq, yanılırlar. Donald Tramp səmimi olması ilə fəxr etdiyini deyir. Ona görə də, növbəti üç ildə də eyni cür davranmağa davam edəcək.”
2018-ci il Tramp administrasiyası üçün həlledici il ola bilər. Belə ki, bu il respublikaçılar Konqresdəki üstünlüklərini itirə bilərlər. Tramp, prezidentliyi dövründə bu üstünlüyə malik olmağa ümid edirdi.