Accessibility links

Tramp: ABŞ Polşada hərbi mövcudluğunu gücləndirir


ABŞ prezidenti Donald Tramp və Polşa prezidenti Andjey Duda Ağ Evdə görüş zamanı, 12 iyun, 2019.
ABŞ prezidenti Donald Tramp və Polşa prezidenti Andjey Duda Ağ Evdə görüş zamanı, 12 iyun, 2019.

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Polşada daimi olaraq əlavə 2 min nəfərlik əsgəri qüvvənin yerləşdirilməsini nəzərdən keçirdiyini bildirib.

Amerika lideri bu açıqlamaları Ağ Evdə Polşa prezidenti Andjey Duda ilə birgə keçirdiyi mətbuat konfrasında verib.

“Biz onları başqa yerdən gətirəcəyik” – deyə, prezident Tramp əsgərlərin Almaniyadan gətirilə biləcəyi ehtimalını irəli sürüb.

“Biz bu məsələ haqda danışdıq. Bu hərbi baza üçün çox miqdarda maliyyə vəsaiti tələb olunacaq” –deyə, Tramp çərşənbə günü bildirib.

ABŞ prezidenti Donald Tramp və Polşa prezidenti Andjey Duda Ağ Evdə birgə mətbuat konfrasında, 12 iyun, 2019.
ABŞ prezidenti Donald Tramp və Polşa prezidenti Andjey Duda Ağ Evdə birgə mətbuat konfrasında, 12 iyun, 2019.

Tramp bununla belə Amerika əsgərlərinin bütünlüklə Avropada sayının artırılacağını istisna edib.

“Biz hələlik tam qərar verməmişik”, o əlavə edib.

Polşa lideri ABŞ-ın ölkədə hərbi mövcudluğunun tədricən artacağına ümid etdiyini bildirib.

İki prezident danışıqlardan sonra Vaşinqton və Varşava arasında müdafiə sahəsində birgə deklarasiyaya imza atıb.

Polşa Rusiyanın mümkün təcavüzü qarşısında ölkədə ABŞ qüvvələri və texnikasının yerləşdirilməsi üçün 2 milyard dollar vəsait ayrılmasına söz verib.

Tramp birgə mətbuat konfransında bu ilin sentyabr ayında Polşanı yenidən ziyarət etməyə hazırlaşdığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG