Accessibility links

Tramp administrasiyası kabinetə son seçimlərini edir [Video]


ABŞ prezidentliyinə yeni seçilmiş Donald Tramp bu həftə bütün kabinet üzvlərini seçəcəyinə söz verib. O, bazar ertəsi inşaat və şəhərsalma nazirini seçib. Lakin Tramp Qülləsində dövlət katibi axtarışları və namizədlər siyahısı artmaqda davam edir. Binanın xaricində isə bu il Yaşıl Partiyadan prezidentliyə namizəd Cil Staynın başçılıq etdiyi etiraz aksiyasının iştirakçıları üç ştatda səslərin təkrar hesablanmasına çağırır.

Biz burada Donald Trampı heç nədən qorxamamalı olduğuna əmin etmək üçün toplaşmışıq. Əgər demokratiyaya, qələbənin etibarlılığına inanırsansa, bizimlə mübarizə aparmağı dayandır.
Cill Stayn

Soyuq baar ertəsi səhəri Tramp Qülləsinin önündə üç ştatda səslərin yenidən hesablanması tərəfdarları ilə bunun əleyhdarları arasında mübahisə yaranıb. Ötən ay keçirilən seçkinin nəticələrinin xakerlər tərəfindən manipulyasiya edilmədiynə əmin olmaq cəhdinin bir hissəsi olan bu aksiyaya Cill Stayn başçılıq edib.

“Biz burada Donald Trampı heç nədən qorxamamalı olduğuna əmin etmək üçün toplaşmışıq. Əgər demokratiyaya, qələbənin etibarlılığına inanırsansa, bizimlə mübarizə aparmağı dayandır,” deyə o bildirib.

“Seçici olaraq biz demokratiyaya heç bir çəkildə əngəl törədilmədiyindən və bizim səslərimizin düzgün çəkildə sayıldığından əmin olmalıyıq,” deyə səslərin yenidən hesablanmasını dəstəkləyən Reyçel Desario bildirir.

Səslərin yenidən hesablanmasının əleyhinə çıxan Pim Kouç isə deyir ki, “bizim hər birimizin səs vermək imtkanımız var. Hər kəs də səs verib”.

Tramp Qülləsinin özündə isə ölkənin ən yüksək vəzifəli diplomatı postuna axtarış hələ də davam edir. Donald Tramp dövlət katibi vəfizəsinə mümkün namizədlərin siyahısını genişləndirərək, ABŞ-ın Çindəki sabiq səfiri Con Hantsmanın da adını buraya daxil edib. Trampın bu yaxınlarda Tayvanın prezidenti ilə telefon söhbətinin Çinə təhqir və Çin-Amerika münasibətlərinə risk kimi qəbul edildiyi nəzərə alınsa, bu, mühüm bir addımdır.

Donald Tramp və Ben Karson
Donald Tramp və Ben Karson

Bundan əlavə Tramp hələ daxil işlər, energetika, kənd təsərrüfatı, veteran işləri və milli təhlükəsizlik nazirlərini seçməlidir.

Trampın komandası neyro-cərrah və 2016-ci ildə prezidentliyə respublikaçı namizəd Ben Karsonun inşaat və şəhərsalma naziri vəzifəsinə seçildiyini açıqlayıb.

“Biz inşaat və şəhərsalma naziri vəzifəsinə nəzərdə tutduğumuz namizədin Dr. Karson olduğuna görə həyəcanlıyıq. Bundan əlavə, biz bu həftə hakimiyyətin ötürülməsi prosesində daha bir səmərəli həftə keçirəcəyimizi gözləyirik”, deyə Mayk Pens bildirib.

Biz inşaat və şəhərsalma naziri vəzifəsinə nəzərdə tutduğumuz namizədin Dr. Karson olduğuna görə həyəcanlıyıq.
Mayk Pens

Bu arada, sabiq demokrat vitse-prezident və ətraf mühit fəalı Al Qor Donald Tramp və onun qızı İvanka ilə görüşüb və bu görüşü “ortaq baxışlar üçün səmimi axtarış” kimi qiymətləndirib.

“Məncə bu, olduqca maraqlı söhbət idi və davam etdiriləcək,” Qor deyib.

Tramp iqlim dəyişikliyini Çinin hiyləsi adlandırıb, amma ötən ay The New York Times qəzeti ilə müsahibə zamanı o mövqeyini dəyişmək və bu mövzu ilə bağlı “açıq fikirli olmaq” istəyini nümayiş etdirib.

XS
SM
MD
LG