ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Conq Unla görüşündən sonra Amerikanın Səsi ilə əməkdaşlıq edən jurnalist Qreta Van Sasterenin suallarını cavablandırıb.
Van Sasteren: Kim Jonq Unla bağlı size təşşcübləndirən nə oldu?
Tramp: “Düzü, onun xasiyyəti xoşuma gəldi. O, zarafatcıl, ağıllı və gözəl müzakirəçidir. Onun xalqını sevməsi məni təəccübləndirdi. Düşünürəm ki, gözəl bir başlanğıca start verdik. Biz Şimali Koreyanı nüvəsizləşdirəcəyik. Bu, müharibə ilə nəticələnə bilərdi. Siz Şimali Koreyanı yaxşı tanıyırsınız. Bu məsələ milyonlarla insanın ölümü ilə nəticələnə bilərdi. Amma biz bunu razılıqla həll etdik.
Van Sasteren: İnsan hüqüqları məsələsini gündəmə gətirdinizmi? Onun reaksiyası nə oldu?
Tramp: “Vaxtımızın 90 faizini nüvəsizləşmə məsələsinə sərf etdik. Bir çox məsələlər, o cümlədən insan haqları məsələsinə də toxunduq. Müharibədə həlak olanların qalıqlarının qaytarılması əsas amil oldu. Biz bir çox məsələni sənədləşdirdik. Gözlənildiyindən daha çox iş gördük.
Van Sasteren: O sizə, və ya siz ona hər hansısa ultimatum irəli sürdünüzmü?
Tramp: “Xeyr, ultimatum səslənmədi. Artıq 3 aydır dövlət katibi Mayk Pompeo da daxil edilməklə, təmsilçilərimiz müzakirələr keçirir. Pompeo fantastik bir iş görüb. İndi razılıq üçün yaxşı bir vaxtdır. Mənim üçün indi saat 25-dir. Mən 25 saatdır yatmıram. Müzakirələr çox uzun sürdü, lakin mən qürur duyuram. Bu, prosesə təkan verdi. Bu, müharibə ilə nəticələnə bilərdi. Siz Şimali Koreyanı yaxşı tanıyırsınız. Bu məsələ milyonlarla insanın ölümü ilə nəticələnə bilərdi. Amma biz bunu razılıqla həll etdik.
Van Susteren: Qüvvələrimiz haqda nə deyə bilərsiniz? Onlar Cənubi Koreyada qalacaqlarmı?
Tramp: “Bəli, onlar qalacaq. Biz müharibə oyunlarından imtina edəcəyik. Çünki bu, olduqca baha başa gəlir. İlk öncə bunlar təhrikedicidir. Onlar da buna sevindilər. Onlar üçün də bu, bahadır. Amma bunun xeyri var. Nə qədər ki, xoş məramla müzakirələr keçiriləcək, buna ehtiyac qalmayacaq.
Van Sasteren: On illərdir davam edən meydan oxumalarından sonra Kim masaya nə gətirdi?
Trump: “Əslində, mən bunu meydan oxuma kimi qiymətləndirmirəm. Məndən əvvəl də onlar sakit durmuşdu. İlkin retorikalar olduqca mühüm idi. Açığını deyim, bunu etmək istəmirdim. Bəzilər mənim yanlıq iş görüdüyümü düşünürdü. Bunlar olmadan mən indi burada olmazdım. Düşünürəm ki, Kim də razılıq istəyirdi. Nə isə etmək istəyirdi.
Van Sasteren: Nəyə görə?
Trump: “Çünki o, biznesi nəzərdə tutduğumuzu bilir.Əvvəllər bunu hiss etmirdi. Əvvəllər başqaları idi. İş görə bilmirdilər. Biz Şimali Koreya barədə çox sərt danışmışıq. Ancaq bu gün imzaladığımız sənəd adamların düşündüyündən daha böyük və hərtərəflidir. Heç kəs bunun mümkün olacağına inanmırdı.
Van Sasteren: Sizcə, o gedəndən sonra haqqınızda nə düşündü?
Tramp: Məncə, o məni bəyəndi, mən də onu. Keçmişdən xəbərim var, bunu yadıma salmağa ehtiyac yoxdur, o, sərt adamdır. O, sərt olğamağa məcbur qalıb. Ancaq biz yaxşı dil tapdıq. O, ağıllıdır, xalqını, ölkəsini sevir. Çoxlu yaxşı şeylər istəyir və buna görə də danışıq aparırıq.
Van Sasteren: “Amma onları aclığa məcbur edir, onlarla qəddar davranıb. Yəni, o, xalqını sevirmi?
Tramp: Baxın, o, indiyədək gördüyünü edib. Ancaq mən həqiqətən də bu gün, dünən, iki həftə öncə olanları nəzərdən keçirməliyəm, çünki hər şey o vaxtdan başlayıb. Yenidən, ritorikasız, sanksiyalarsız... Sanksiyalar çox vacibdir və dəyişikliyin baş verdiyini görənədək sanksiyalar qalacaq. Bunu indidən görürük, amma biz nüvə silahlarının ləğvini görənədək sanksiyalar qüvvədə qalacaq.
Van Sasteren: “Amerikanın Səsini Şimali Koreya sakinləri də eşidəcək. Şimali Koreya vətəndaşlarına birbaşa nə demək istərdiniz?
Trump: Sizin qayğınıza qalan lideriniz var. O onların yaxşılığını istəyir və biz doğrudan da çox yaxşı dil tapdıq. Aramızda qarşılıqlı anlaşma vardı və mənim anlaşmanı, rəğbəti necə dəyərləndirdiyimi bilirsiniz. Bu,çox vacibdir. Bəzi adamlarla qarşılıqlı rəğbət olmayanda alınmır. Ancaq burada ta başlanğıcdan alındı. Bu barədə danışdıq və məncə, Şimali Koreyanı yaxşı gələcək gözləyir.