Accessibility links

Trampın Asiya səfərində başlıca gündəm Şimali Koreya olacaq


Prezident Donald Trampın Asiya səfərinin başlıca gündəmi Şimali Koreyadan qaynaqlanan təhlükə olacaq. Bu barədə açıqlama verən Ağ Ev ABŞ prezidentinin xarici liderlərlə görüşü zamanı Pxenyanın atomsuzlaşdırılmasının əsas müzakirə mövzusu olacağını bildirib.

Əgər bu məqsədə iqtisadi və diplomatik təzyiqlərlə nail olunmasa, onda Birləşmiş Ştatlar “bütün imkanları ilə Şimali Koreya təcavüzünə cavab verəcək,” deyə milli təhlükəsizlik müşaviri General H.R. McMaster bildirib.

Birləşmiş Ştatlar hökuməti hazırda Şimali Koreyanı terrorizmə sponsorluq edən dövlət kateqoriyasına daxil etməyi nəzərdən keçirir.

Bu yaxınlarda NBC News/SurveyMonkey and Economist/YouGov-un apardıqları birgə rəy sorğusunda məlum olub ki, amerikalılar Şimali Koreyanı vətənlərinə bir nömrəli təhlükə hesab edirlər.

Tramp 7-8 noyabrda Cənubi Koreyada olacaq. Seula səfər onun 12 ölkəyə səfərinin ikinci dayancağını təşkil edəcək.

Birləşmiş Ştatlar hökuməti hazırda Şimali Koreyanı terrorizmə sponsorluq edən dövlət kateqoriyasına daxil etməyi nəzərdən keçirir. Belə bir addım Pxenyanın üzərinə əlavə maliyyə və diplomatik təzyiqlər qoymuş olacaq.

Şimali Koreya lideri Kim Conq Unun hədələri Prezident Trampın xəbərdarlıqları ilə qarşılanıb.
Şimali Koreya lideri Kim Conq Unun hədələri Prezident Trampın xəbərdarlıqları ilə qarşılanıb.

Hazırda bu siyahıda yalnız İran, Suriya və Sudan yer alır.

ABŞ Şimali Koreyanın terror sponsorları siyahısına ilk dəfə 1988-ci ildə Pxenyan Cənubi Koreyaya məxsus sərnişin təyyarəsini vuraraq 115 adamı öldürdükdən sonra salmışdı. Lakin 2008-ci ildə Şimali Koreya nüvəsizləşdirilmə üzrə spesifik şərtlərə əməl etdikdən sonra bu siyahıdan çıxarılmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG