Accessibility links

Tramp bütün Çin mallarına tarif vergisi qoymağa hazırdır


Prezident Donald Tramp hər bir Çin məhsuluna tarif vergisi qoymağa hazır olduğunu dedikdən sonra cümə günü səhm bazarlarında kəskin eniş müşahidə olunmaqdadır.

CNBC biznes telekanalına verdiyi müsahibədə Tramp "mən 500-ü hədəf almağa hazıram” deyib. O, bununla hər il Çindən idxal olunan $505.5 milyard dollar həcmində əmtəəni nəzərdə tutub.

İndiyədək administrasiya Çinlə ticarət ixtilafı əsnasında həmin ölkənin mallarının $34 milyard dollarlıq kəsiminə tarif vergiləri tətbiq edib.

Bu ilin əvvəlində ABŞ prezidenti milli təhlükəsizliyi əsas gətirərək idxal olunan polad və alüminiuma tarif vergiləri tətbiq edib.

Dow səhm birjasında dəyərlər kəskin edib.

Çin valyutası yuan son 12 ayda ən aşağı nöqtəsinə düşərək dollara nisbətdə 6.8-ə enib. Bu eniş fevraldan bəri müşahidə olunan 7.6 faiz dəyər itirimi təşkil edir.

Bəzi ABŞ biznesləri cavab tədbirlərindən narahat olaraq Tramp administrasiyasına müqavimət göstərirlər.

Yenicə istehsal edilmiş maşınlar ABŞ-ın Riçmond limanında ixracını gözləyir.
Yenicə istehsal edilmiş maşınlar ABŞ-ın Riçmond limanında ixracını gözləyir.

Tramp Ticarət Nazirliyinə avto-idxalın milli təhlükəsizliyə nə dərəcədə təhlükə törətdiyini araşdırmağa göstəriş verib.

Bu ilin əvvəlində ABŞ prezidenti milli təhlükəsizliyi əsas gətirərək idxal olunan polad və alüminiuma tarif vergiləri tətbiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG