Accessibility links

Trampın iqtisadi planı, Carrier şirkətinin Meksikadakı zavodu və İndianada iş yerləri [Video]


Carrier şirkətinin Meksikadakı zavodu və İndianada iş yerləri
please wait

No media source currently available

0:00 0:02:50 0:00

Prezident seçilmiş Donald Tramp əməliyyatları xarici ölkələrə köçürən ABŞ şirkətlərinə bunu etməmək barədə xəbərdarlıq edib. Bu xəbərdarlıq Trampın İndiana ştatında hökumətin iqtisadi stimullaşdırma planı müqabilində iş yerlərini Meksikaya köçürməmək qərarı verən zavodu ziyarət etməsindən verilib. Amerikanın Səsinin müxbirləri Meksikada Santa Katarina və İndiana ştatının İndianapolis şəhərlərində fəhlələrin vəziyyəti ilə tanış olublar.

Donald Tramp: “Şirkətlər bir daha Birləşmiş Ştatların bunun nəticələri olmadan tərk etməyəcək.”

Donald Tramp seçki kampaniyası boyu verdiyi vədə sadiq qalır. O, Carrier Corporation şirkətinin vergilərini ixtisar etmək müqabilində 800 iş yerinin qorunub saxlanmasına nail olub. Qızdırıcılar və hava kondisionerləri istehsal edən bu zavod Trampın planında ilk yeri tutur. O, keçən həftə Tvitter səhifəsində ABŞ-ın ofşor şirkətlərində istehsal edilən mallara 35 faiz tarif tətbiq etmək kimi hədələyici mesajlar yazıb.

Şirkətlər bir daha Birləşmiş Ştatların bunun nəticələri olmadan tərk etməyəcək
Donald Tramp

Amerikanın Səsinə eksklüziv müsahibəsində Meksikada Santa Katarina şəhərinin meri Donald Trampı şəhəri ziyarət etməyə dəvət edib.

Santa Katarina şəhərinin meri Hektor Kostillos-Olivares: “Biz onu bizim adamlarımızla tanış olmaq, hökumətimiz, infrastruktur və xarici kapital haqda məlumat almaq üçün buraya dəvət etmişik.”

Trampın komandasından bu dəvətə hələ cavab verilməyib.

Biz onu bizim adamlarımızla tanış olmaq, hökumətimiz, infrastruktur və xarici kapital haqda məlumat almaq üçün buraya dəvət etmişik.
Santa Katarina şəhərinin meri Hektor Kostillos-Olivares

Carrier şirkətinin Meksikadakı zavodu sənaye şəhərində yerləşir. Merin sözlərinə görə, şirkət bağlansa, onun ardınca başqaları da bağlanacaq. O, Carrier şirkətinin işçilərə verdiyi imtiyazlardan razı qaldığını, lakin bunların nədən ibarət olduğunu media üçün açıqlaya bilməyəcəyini deyib.

Carrier şirkətinin işçisi: “İşçilər nəqliyyatla, yeməklə, təhsillə təmin olunur. Bu, işçliəri ən yaxşı maaşla təmin edən şirkətdir.”

Carrier şirkətinin İndianadakı zavodu Amerika üçün tipik deyil. Bu zavodun işçiləri ailələr və nəsilləri təmsil edir.

Vill Kornett: “Mən özüm, anam və mənim kiçik qardaşım, eləcə də əmim burada işləyirik.”

Kornett ailəsinin altı üzvü burada çalışır.

Mən özüm, anam və mənim kiçik qardaşım, eləcə də əmim burada işləyirik
Vill Kornett, fəhlə

Vill əvvəlcədən Trampı dəstəkləyib. Aprel ayında çəkilmiş bu videoda prezidentliyə namizəd olan Tramp ona müraciət edir.

Donald Tramp: “Mənim burada iki dostumu işdən çıxarıblar. Əllərinizi qaldırın.”

Kornett deyir ki, indi iş yerləri İndianada saxlanır.

Vill Kornett: “O bizi yaxşı dost adlandırdı, dostlar belə edir. İş görür.”

Biz bütün səviyyələrdə rəqabət apara bilərik. Amma Meksikada saatda 3 dollar kimi maaş qarşısında rəqabət aparmaq çətindir
Çak Cons, Həmkarlar İttifaqı

Lakin burada 500 və Carrier şirkətinin başqa zavodunda 700 iş yeri itirilir və İndianapolisdə buna bənzər iş tapmaq asan olmayacaq. Bu zavodda onlar saatda 25 dollar maaş alırdı.

Çak Cons: “Biz bütün səviyyələrdə rəqabət apara bilərik. Amma Meksikada saatda 3 dollar kimi maaş qarşısında rəqabət aparmaq çətindir".

Trampın planına gəldikdə, həmkarlar ittifaqının prezidentinin sözlərinə görə, kimsə iş yerlərinin Amerikada saxlanması məsələsini qaldırmalı idi. Amma bu, vergi ödəyənlərə nəyə başa gələcək? Trampın keçid administrasiyasının atdığı bu ilk addımı nəticəsində Carrier şirkəti iş yerlərinin Amerikada saxlanmasına görə 7 milyon məbləğində vergi ixtisarına nail olub.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG