Accessibility links

Nə Tramp, nə də demokratlar güzəştə gedir


Nə Tramp, nə də demokratlar güzəştə gedir
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Çərşənbə axşamı Oval Ofisdə çıxış edən prezident Donald Tramp ABŞ-la Meksika sərhədində divarın inşası məsələsinə bir daha toxunub. O, hökumətin qismən bağlanması ilə bağlı narahatlıqların artıdığı bir vaxt qanunvericiləri divarın inşasını maliyyələşdirməyə çağırıb. Buna cavab olaraq, demokratlar prezidenti Amerika xalqını girov saxlamaqdan vaz keçməsini və hökuməti açmasını tələb edib.

ABŞ hökumətinin qismən bağlanmasına səbəb olan mübahisələrin davam etdiyi bir vaxt prezident Donald Tramp Birləşmiş Ştatların cənub sərhədində təhlükəsizliyin artırılmalı olduğunu deyib. “Son iki ildə 100 min hücum, 30 min cinsi zorakılıq, 4 min qətl hadisələrində əli olanlar da daxil olmaqla, “İmmiqrasiya və Gömrük Mühafizə Oraqnı” tərəfindən 266 min cinayətkar həbs edilib.”

Prezident Tramp demokratları “sərhəddəki humanitar və milli təhlükəsizlik böhranı”nın həllinə mane olmaqda günahlandırıb.“Federal hökumətin bağlanmasının yalnız bir səbəbi var, bu bir səbəb isə Demokratların təhlükəsizlik divarını maliyyələşdirmək istəməməsidir.”

Demokratlar prezidentin dediklərinə dərhal qarşılıq verdi. Senatda azlıqda olan Demokratların lideri Çak Şumer: “Biz hökuməti hisslərə qapılaraq idarə etmirik. Heç bir prezident əlini masaya çırparaq, öz istədiyini tələb edə, ya da milyonlarla amerikalıya zərər verərək, hökuməti bağlaya bilməz.”

Prezident Nümayəndələr Palatasındakı Demokratların hökumətin yenidən açılması ilə bağlı təklif etdiyi qanun layihələrini rədd edib. Nümayəndələr Palatasının spikeri Nensi Pilosi: “İnadı üzündən o, mənasız, bahalı, qeyri-effektiv bir divar üçün amerikalı vergi ödəyənlərinin milyardlarla pulunu sərf etmək istəyir. Prezident bu divarın Meksikanın maliyyələşdirəcəyinə vəd verirdi.”

Donald Trampın divarın inşası üçün tələb etdiyi 5.7 milyard əvəzinə Demokratlar sərhədin qorunması xərcləri üçün 1.3 milyard təklif edib. “Demokratların təklif etdiyi divar betondan deyil, dəmirdən olacaq” - deyə, Tramp bildirib.

Demokratlar Trampdan dəmir hasar istədiklərinı inkar edib. Lakin onlar sərhədin təhlükısizliyinin qorunmasını dəstələdiklərini deyib. Corc Vaşinqton univeesitetindən Stiven Billet: “Əgər ortaya kompromis çıxarsa, bəzi ritorikalar dəyişməli olacaq. Biz divar haqda söhbəti dayandıracaq və sərhəd təhlükəsizliyinin alternativlərindən danışacağıq.”

Tənqidçilərin dediyinə görə, prezident Trampın fövqəladə vəziyyət elan etməməsinə səbəb divarı Konqresin təsdiqi olmadan inşa etməkdir. Tramp demokratlarla danışıqları davam etdirəcəyini deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG