Accessibility links

Tramp demokrat və respublikaçı liderləri Ağ Evə dəvət edib


ABŞ prezidenti demokrat və respublikaçı liderləri hökumətin qapanışının 12-ci günü Ağ Evə dəvət edib.

Senatın çoxluq lideri Mitç Makkonnelin görüşə qatılacağı gözlənilir. Lakin Nümayəndələr Palatasının gələcək spikeri Nensi Pelosinin görüşdə iştirak edib-etməyəcəyi bəlli deyil.

Demokratlar digərlərinin ehtiyacını ölkənin ehtiyaclarından üstün tutur

ABŞ hökuməti hələ də qismən fəaliyyət göstərir. Ölkə liderləri Nümayəndələr Palatasının demokrat nümayəndələrinin cümə axşamı günü qanunu təsdiq edəcəyini gözləyir.

Nümayəndələr Palatasının gələcək spikeri Nensi Pelosi və Senatın azlıq lideri Çak Şumer respublikaçıları sənədi dəstəkləməyə çağırıb.

Bəzi idarələr tamamilə bağlıdır.

ABŞ prezidenti Donald Tramp isə divarın maliyyələşdirilməsini Amerikanın təhlükəsizliyi üçün vacib sayır. Prezident Konqresdən 20 milyarddan artıq başa gələcək divar üçün 5 milyardlıq ilkin ödənişin təsdiqini tələb edir.

Demokrat partiyasının liderləri digər sərhəd təhlükəsizliyi xərclərinə 1,3 milyard dollar ayrılmasını təklif edir.

Çak Şumer və Nensi Pelosi
Çak Şumer və Nensi Pelosi

ABŞ hökümətinin qismən bağlanması o deməkdir ki, 380 min insan pulsuz məzuniyyətə göndərilib, əlavə 420 min nəfər isə işləyib, maaşlarını yalnız federal büdcə ilə bağlı mübahisə bitəndən sonra ala biləcək.

Cümə axşamı Konqresin fəaliyyətə başlaması ilə demokratlar Nümayəndələr Palatasında çoxluqla işə qayıdacaq. NP hökumət agentliklərinin sentyabrın sonunadək, Daxili Təhlükəsizli Nazirliyinin isə fevralın 8-dək işini davam etdirməsi üçün bir neçə sənədi səsə çıxarmalıdır.

Hökumətin bağlı olması Nensi Pelosinin spiker kimi vəvifəsinə başlaması üçün münasib şərait deyil. Bəlkə, razılaşaq?

Ağ Evin mətbuat xidmətinin rəhbəri Sara Hakkebi Sanders deyib ki, demokratların planı yararsızdır və sərhədlərin mühafizəsini təmin etmir. O, demokratları digərlərinin ehtiyacını ölkənin ehtiyaclarından üstün tutmaqda günahlandırıb.

Pelosi və Şumer prezident Trampın divar inşası planını bahalı və lazımsız adlanıdırıb.

Tramp və Pelosi bu gün Twitter-də şərh mübadiləsi edib.

"Sərhəd təhlükəsizliyi və divara görə hökumətin bağlı olması Nensi Pelosinin spiker kimi vəvifəsinə başlaması üçün münasib şərait deyil. Bəlkə, razılaşaq?", Tramp yazıb.

Pelosi isə cavabında "Tramp demokratlara məsuliyyətli və planlarını tez bir zamanda həyata keçirib, məsuliyyətsiz hökumət bağlanışına son qoyması üçün gözəl bir imkan yaradıb"- deyə, yazıb.

Hökumətin bağlanması paytaxt Vaşinqtonun turizminə də təsirsiz qalmayıb. Smitsonian muzeyləri və Milli Zoopark razılıq əldə edilənədək bağlı olacaq. Milli İncəsənət Qalereyası isə cümə günündən etibarən bağlanacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG