Accessibility links

Tramp: Demokratlar hakim Kavanonu impiç etmək istəyir


ABŞ prezidenti Donald Tramp Ağ Evin həyətində müxbirlərin suallarına cavab verir, 8 oktyabr, 2018.

ABŞ prezidenti Donald Tramp müxalif demokratları ABŞ-ın Ali Məhkəməsinə yeni seçilmiş hakim Brett Kavanonu impiç etmək etmək üçün plan hazırlamaqda ittiham edib.

Kavanonun Senatda namizədliyinin təsdiqi prosesi gənclik illərində seksual təcavüzlə əlaqədar ittihamların irəli sürüldüyü şəraitdə keçib. Tramp bunun demokratlar tərəfindən Kavano üçün qurulmuş tələ olduğunu deyib və “indi də onlar onu impiç etmək istəyir”, deyə əlavə edib.

ABŞ prezidenti bu açıqlamaları Ağ Evin həyətində müxbirlərin suallarına cavab verərkən verib. O, Kavanoya hücumların müxalif partiyanın gələn ay Konqresə ara seçkilərində baha başa gələcəyini proqnozlaşdırdığını deyib.

“Amerika xalqı bu şounu gördü və bu, biabırçılıq idi. Mən belə fikirləşirəm ki, bu, noyabr ayında ara seçkilərdə özünü göstərəcək”-deyə Tramp bildirib.

Brett Kavanonun bazar ertəsi günü axşam Ağ Evdə təntənəli andiçmə mərasimi keçiriləcək. O, Senatda şənbə günü ölkənin ən yüksək məhkəməsinin ömürlük hakimi vəzifəsinə təsdiq edildikdən bir neçə saat sonra artıq rəsmən and içib.

Tramp və onun mənsib olduğu Respublikaçılar partiyası 53 yaşlı mühafizəkar hakim Kavanonun təsdiqinin Konqresə nəzarət məsələsinin gündəmdə olduğu ara seçkilərdə onların tərəfdarlarını ruhlandıracağına ümid edir.

Brett Kavanonn Vaşinqtonda ABŞ-ın Ali Məhkəməsində aniçmə mərasimi, 6 oktyabr, 2018.
Brett Kavanonn Vaşinqtonda ABŞ-ın Ali Məhkəməsində aniçmə mərasimi, 6 oktyabr, 2018.

Konqresin Nümayəndələr Palatasının Ədliyyə komitəsinin nüfuzlu üzvlərindən biri olan Nyu-York ştatından qanunverici Cerri Nadler deyib ki, demokratlar palatada üstünlüyə nail olsalar Demokrat partiyası Kavanoya qarşı iddialarla bağlı təhqiqata başlayacaq.

Kavano tərəfindən yeniyetmə yaşlarında seksual qısnamaya məruz qaldığını iddia edən qadın Senatın Ədliyyə Komitəsində onun Ali Məhkəmənin hakimi vəzifəsinə təsidiq ilə bağlı dinləmələrdə ifadə verib.

Kristin Bleysi Ford Kavanonun 1982-ci ildə onların hər ikisinin məktəbdə oxuduqları zaman ona təcavüz etməsi barədə danışıb. Ədliyyə komitəsində ondan sonra ifadə verən Brett Kavano professor Ford tərəfindən irəli sürülmüş ittihamları rədd edib.

Digər demokrat qanunvericilər hələlik impiçment planlarının olmadığını bildiriblər.

Amerika tarixində Ali Məhkəmənin yalnız bir hakimi impiç edilib. Bu, 1804-cü ildə hakim Samüel Çeys olub. Lakin sonradan Senat ona bəraət qazandırıb.

XS
SM
MD
LG