Accessibility links

Tramp sərhəd təhlükəsizliyinin DACA proqramının bir hissəsi olmasını istəyib [Video]


Tramp sərhəd təhlükəsizliyinin DACA proqramının bir hissəsi olmasını istəyib
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Tramp sərhəd təhlükəsizliyinin DACA proqramının bir hissəsi olmasını istəyib

ABŞ-da ölkə boyunca valideynləri tərəfindən qanunsuz şəkildə ölkəyə gətirilənlərin qorunması proqramının ləğvinə qarşı etiraz aksiyaları keçirilir. Çərşənbə günü prezident Donald Tramp Senat və Demokrat liderləri ilə görüşüb. Lakin görüşdən sonra prezident bildirib ki, Demokratlarla edilən hər hansı bir razılaşmada ABŞla Meksika sərhədinin təhlükəsizliyi təmin edəcək divar tikintisi şərti də yer almalıdır.

Nümayəndələr Palatasının demokrat lideri Nensi Pelosi və Senatın demokrat lideri Çarlz Şumer cümə axşamı birlikdə bəyanat yayaraq bildiriblər ki, divarın maliyyələşməsinin DACA razılaşmasının bir parçası olmayacağı ilə bağlı prezident Trampla ortaq razılığa gəliblər.

Pelosi jurnalistlərə bildirib ki, Trampla iki Demokrat lider müvəqqəti olaraq müdafiə olunan valideynləri tərəfindən qanunsuz şəkildə ölkəyə gətirilənlər barədə daimi həll yolu tapılması üçün birlikdə çalışacaqlar.

Nümayəndələr Palatasının spikeri Pol Rayan sərhəd təhlükəsizliyinin mütləq DACA razılaşmasının bir hissəsi olması lazım olduğunu bildirib.

Bununla yanaşı Tramp öz tvitlərində qeyd edib ki, başqalarının səhvləri nəticəsində buraya gələn və uzun illərdir bizim ölkədə yaşayan təhsilli, bacarıqlı insanları ölkədən çıxarmaq fikrində deyil.

XS
SM
MD
LG