Accessibility links

Tramp: Divarın inşası maliyyələşdirilməsə hökumət bağlı qalacaq


ABŞ prezidenti deyib ki, Meksika ilə sərhəddə divarın inşası maliyyələşdirilməsə hökumət bağlı qalacaq.

"Hökumətin fəaliyyətinin nə zaman bərpa ediləcəyini deyə bilmərəm. Bir şeyi deyə bilərəm ki, divar, hasar, adını necə deyirsinizsə deyin, əldə edilənədək bu, davam edəcək" - deyə, Tramp Ağ Evdə xaricdəki hərbi qulluqçularla tele-konfransından sonra bildirib.

Prezident deyib ki, hazırda işləməyən yüz minlərlə federal işçi də divar istəyir. Baxmayaraq ki, Tramp onu dəstəkləyənlər barədə dəlilə malik deyil.

Tramp dünən bildirib ki, demokratların hamısı divar və ya hasarın inşasının tərəfdarıdır. Prezident iddia edib ki, onlar bunun prezident seçkilərinin kampaniyasının gündəmində olduğu üçün divarın əleyhinədir.

Prezident Tramp Konqresin ABŞ-Meksika sərhədində inşa etmək istədiyi divar üçün $5 milyard məbləğində xərcləri təsdiqləməsində israr edib və əks təqdirdə hökümətin bağlayacağı ilə hədələyib.

Demokrat partiyasının liderləri digər sərhəd təhlükəsizliyi xərclərinə $1,3 dollar ayrılmasını təklif edib.

Senatın ikinömrəli demokrat üzvü, İllinoisdən Dik Durbin deyib ki, Tramp orta əsrlərə aid bir planla hökuməti bağlayıb. O, bunu mənasız adlandıraraq, qəddarlıq kimi qiymətləndirib.

Senatdakı respublikaçılar çoxluğunun lideri Mitç Makkonell bildirib ki, müzakirələr davam etdiriləcək.

Demokratların lideri Cak Şumer isə “Washington Post”a bildirib ki, onlar müzakirələrə açıq olsalar da, divarın çəkilməsinə əlavə pul ayrılmasını qəbul etməyəcəklər.

ABŞ prezidenti Donald Trump bundan əvvəl hökumətin bağlanmasına görə məsuliyyət daşımaqdan qürur duyacağını bildirmişdi.

XS
SM
MD
LG