Accessibility links

Tramp ərəb liderləri ilə görüşlər keçirib


ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı kralı Salmanala Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasının üzvləri ilə görüşdən öncə
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı kralı Salmanala Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasının üzvləri ilə görüşdən öncə

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfərinin ikinci günü Ər-Riyadda ərəb və müsəlman liderlərinin ekstremizmə qarşı mübarizəyə həsr edilmiş sammitində nitq söyləyib.

Çıxışından öncə Amerika prezidenti altı ölkənin üzv olduğu Körfəz Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüş keçirib. Danışıqlar zamanı İranla fikir ayrııqlarının həll edilməsi yolları və islamçı militantlara qarşı mübarizə məsələsi müzakirə edilib.

Tramp bu gün eyni zamanda, Qətər, Bəhreyn, Misir və Küveyt liderləri ilə ikitərəfəli görüşlər keçirib.

ABŞ prezidenti Donald Tramp Bəhreyn kralı Hamad İsa Əli Xəlifə ilə görüş zamanı
ABŞ prezidenti Donald Tramp Bəhreyn kralı Hamad İsa Əli Xəlifə ilə görüş zamanı

Bəhreyn kralı Hamad İsa Əli Xəlifə ilə görüşdə Tramp deyib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədə olub və sonradan bəzi gərginliklər yaşanıb, "lakin bu administrasiya ilə gərginliklər olmayacaq."

Tramp administrasiyası bu il Bəhreynə hərbi təyyarələr və hərbi təchizat satışının gerçəkləşdirilməsi haqda qərar qəbul edib. Obama administrasiyası insan haqları ilə bağlı narahatlıqlara görə satış planının həyata keçirilməsini dayandırmışdı.

ABŞ prezidenti Donald Tramp Misir prezidenti Əbdül Fəttah Əl-Sisi ilə görüş zamanı
ABŞ prezidenti Donald Tramp Misir prezidenti Əbdül Fəttah Əl-Sisi ilə görüş zamanı

Tramp Misir prezidenti Əbdül Fəttah Əl-Sisi ilə görüşdə Misirə səfər haqda dəvəti qəbul edib. O, görüş zamanı deyib ki, səfərin yaxın zamanda gerçəkləşdirilməsi planlaşdırılacaq. Tramp Misirlə olduqca mühüm danışıqların aparıldığını bildirib və Misirin ABŞ-ın üç ildir girov saxlanılan yardım işçisi Aya Hicazinin azad edilməsində köməyi olduğunu etiraf edib.

Sisi Trampa deyib ki, ABŞ liderinin "unikal xarakteri var" və bu ona "qeyri-mümkün olanı edə bilməsinə" kömək edir. Tramp buna "mən razıyam" deyə cavab verib.

Trampla görüşlərdə ABŞ dövlət katibi Reks Tillerson, Ağ Evin baş müşaviri Cared Kuşner, Milli təhlükəsizlik məsələləri üzrə müşavir H.R. Makmaster və milli təhlükəsizlik məsələləri üzrə müşavirin müavini Dina Pauell iştirak ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG