Accessibility links

Tramp: Rusiyanın Amerika seçkilərinə dair təhqiqatın rəhbərinin FBİ-ın sabiq direktoru ilə dostluğu narahatedici faktdır


Son 6 həftə ərzində ilk televiziyası müsahibəsi zamanı ABŞ prezidenti Rusiyanın Amerika seçkilərinə dair təhqiqatın rəhbərinin Federal Təhqiqiatlar Bürosunun sabiq direktorunun dostu olmasını narahatedici fakt kimi dəyərləndirib.

Donald Tramp Fox xəbər agentliyinin "Fox and Friends" proqramında Robert Müllerin Ceyms Komi ilə çox yaxın dost olduqlarını deyib.

Ağ Evdə müsahibə Trampın media brifinqlərini həftədə bir və sulların əvvəlcədən yazılı şəkildə ünvanlanması qərarını verdiyi vaxt keçirilib.

Prezident FBİ-ın rəhbəri Ceyms Komini işdən çıxarmasından sonra Müller xüsusi məsləhətçi kimi Rusiyanın seçkiyə müdaxiləsini araşdırmaq üçün təyin edilib.

Komi Senat qarşısında verdiyi ifadədə bildirib ki, prezident Tramp onunla bir neçə dəfə gizli olaraq həm Ağ evdə, həm də telefonla görüş keçirib.

Kominin sözlərinə görə, o inanır ki, Trampın onunla görüş keçirməsinin səbəbi keçmiş təhlükəsizlik müşaviri Mayk Flinn istintaqının dayandırmasını istəməsidir.

ABŞ prezidenti ədalətə əngəl törətməsinə dair aparılan təhqiqatı tənqid edib. Donald Tramp istenza ilə Tvitter hesabında yazıb ki, Rusiya ilə bağlı qondarma hekayənin heç bir əsası olmadığı üçün indi ədalətə əngəl məsələsi ortaya atılıb.

Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini və prezident Donald Trampın kampaniyası ilə əlaqələrini araşdıran xüsusi məsləhətçi prezidentin ədaləti əngəlləməsini istintaqa əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG