Accessibility links

Trampa qarşı sahib olduğu hotellərə xarici ödənişlərlə bağlı iddia qaldırılıb


Paytaxt Vaşinqtonda Trump International hoteli
Paytaxt Vaşinqtonda Trump International hoteli

Merilend ştatı və Vaşinqton şəhəri Kolumbiya mahalının baş prokurorları prezident Donald Trampın bizneslərinə xarici hökumətlər tərəfindən ödənişlərin ABŞ Konstitusiyasının olduğunu bildirərək ona qarşı iddia qaldırıb.

İddiaya əsasən, prezidentin şirkətlərinə mehmanxanalar imperiyası vasitəsilə xarici və yerli hökumətlər tərəfindən edilən ödənişlər Merilenddə və Vaşinqtonda şəhərində bizneslərin uzaqlaşmasına səbəb olur. Eyni zamanda, yerli hökumətlərin Trampa məxsus bizneslərə xüsusi münasibət göstərilməsi kimi təzyiq altında olduğu deyilir.

Xarici və yerli hökumətlər tərəfindən Trampın bizneslərinə edilən ödənişlərlə bağlı buna oxşaq iddia yanvar ayında etika üzrə qeyri-kommersiya qrupları tərəfindən qaldırılmışdı.

Las Veqas şəhərində Trump International hoteli
Las Veqas şəhərində Trump International hoteli

İki demokrat baş prokuror tərəfindən qaldırılan iddianın daha yaxşı şansları olacağı bildirilir. Belə ki bu, respublikaçı Trampın Konstitusiyanın mükafatlarla bağlı maddəsini pozduğuna dair iddialara dair hökumət tərəfindən atılmış ilk addımdır.

Demokrat prokurorlar Trampın yürütdüyü siyasi kursu imtahana çəkməkdə aparıcı rol oynayır. Onlar bəzi müsəlman ölkələrindən səfərlərə məhdudiyyətlər qoyulması bağlı prezident sərəncamının qarşısını almağa müvəffəq olublar.

Merilend ştatı və Vaşinqton şəhəri Kolumbiya mahalının baş prokurorları Trampın maaşından artıq hökumət ödənişləri almasının qarşısını almaq məqsədilə Merilend dairə məhkəməsində qərarın çıxarılmasına çalışır.

Tramp biznes şirkəti olan Trump İnternational-ın rəhbərliyini iki oğluna ötürsə də, o, Vaşinqton şəhərindəki Tramp mehmanxanası da daxil olmaqla biznesin sahibi olaraq qalır və istənilən vaxt gəlirləri götürə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG