Accessibility links

Donald Trampın oğlu Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində ifadə verir


Donald Trampın oğlu bu gün Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin bağlı qapılar arxasında keçirilən toplantısında ifadə verir.

Soldan Tramp oğul, Ceyrd Kuşner və Pol Manafort
Soldan Tramp oğul, Ceyrd Kuşner və Pol Manafort

Komitəni prezidentin böyük oğlu Donald Trampın bir il əvvəl Nyu-Yorkdakı Tramp qülləsində kampaniyanın ortasında keçirdiyi görüşü maraqlandırır.

Sentyabr ayında oğul Tramp senat komitəsində atasının seçki ştabının Rusiya ilə heç bir sözdələşmə aparmadığını demişdi.

O zaman Tramp oğul, Trampın kürəkəni Ceyrd Kuşner və seçki kampaniyasının meneceri Pol Manaford Rusiya hökuməti ilə əlaqəsi olan vəkil Natalya Veselnitskaya ilə görüşmüşdü.

Vəkil onları Trampın demokrat rəqibi Hillari Klintonla bağlı kompromatla təmin edəcəyini vəd etmişdi.

Tramp oğul və Ceyrd Kuşner ondan heç bir kompromat əldə etmədiklərini deyib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG