Trampın prezidentliyinin dördüncü ayıdır və o seçki dövrü verdiyi sözləri yerinə yetirməyə davam edir.
“ABŞ Paris İqlim Sazişindən çıxacaq.”
O hesab edir ki, bu sazişdə qeyd olunan qaydalar ABŞ-ın iqtisadi inkişafının yavaşlamasına səbəb olacaq.
Ətraf mühit mühafizəçiləri və Obama administrasiya dövrünün rəsmiləri qlobal iqlim razılaşması ilə əlaqədar ağır əməklərinin belə nəticələndiyindən çox məyusdurlar.
“ABŞ hər zaman bu cür danışıqlarda ən güclü və ən proqressiv iştirakçı olub. ABŞ kimi vasitəçinin danışıqlar masasından çəkilməsi iqlim mühafiçilərinin güclü səsdən məhrum olması deməkdir.”
Ən təəccüblüsü isə odur ki, ABŞ biznesnin bir neçə aparıcı simaları Trampın bu qərarını, bu sazişin ABŞ əmək bazarına mənfi təsir göstərəcəyi ilə bağı fikirlərini dərhal tənqid etdilər.
“Dünyanın ən gəlirli şirkətləri Amerika şirkətləridir. Onlar həm də, dünyanın ən ağıllı şirkətləridir. Apple, Google, Microsoft və Ford kimi şirkətlər təmiz enerjiyə sərmayələr qoyurlar və arxada qalmaq istəmirlər.”
Deyilənə görə, Trampın qızı İvanka və kürəkəni Cared Kuşner də daxil olmaqla prezidentin yaxın çevrəsindən olan bir neçə şəxs bu qərara qarşı idilər. Amma ən sonda qərarın qəbulunda yalnız bir meyar rol oynadı – iqtisaddiyyat.
“O hesab edir ki, əvvəlki tənzimləmələr, iqlim və enerji siyasəti ABŞ iqtisadiyyatına və insanlara zərər vururdu. O düşünür ki, bu qaydalar məşğulluğun artmasını yavaşladır və ölkə maraqlarına ziddir.”
Baxmayaraq ki, Tramp yeni şərtlər altında Paris sazişinə qayıda biləcəklərini deyib, çıxış qərarının bəzi uzunmüddətli nəticələri olacaq. Prezidentin qərarına reaskiyalardan biri milyarder sərmayəçi Elon Maskdan gəldi. O, Trampın məşvərət şurasından istefa etdi.