Accessibility links

Trampın ABŞ-ın İranla nüvə sazişindən çıxması qərarı-rəylər və şərhlər [Video]


Tramp ABŞ-ın İranla nüvə sazişindən çıxdığını elan edib
please wait

No media source currently available

0:00 0:03:17 0:00

Prezident Donald Tramp İranla nüvə sazişini uzun müddətdir tənqid etdikdən sonra çərşənbə axşamı günü Birləşmiş Ştatların razılaşmadan çıxdığını elan edib. Trampın qərarı 2015-c ildə İran və dünya qüdrətləri ilə əldə edilmiş razılışmanı təhlükə altına almış olur. Əsas məsələlərdən biri razılaşmanın gələcəyinin necə olacağı ilə bağlıdır.

Prezident Tramp “bariz qüsurları” qeyd edərək, Birləşmiş Ştatların İranla nüvə sazişindən çıxdığını elan etdi.

“İranla razılaşma əsasından qüsurludur. Əgər biz nəsə etməsək, biz nə olacağını dəqiq bilirik. Buna görə də mən bu gün Birləşmiş Ştatların İranla nüvə sazişindən çıxacağını elan edirəm.”

Tramp İrana qarşı 2015-ci il sazişinə əsasən aradan qaldırılmış sanksiyaların dərhal tətbiqinə başlanılacağını deyib.

“Bugünkü addım ciddi mesaj göndərir: Birləşmiş Ştatlar daha boş hədələr etmir. Mən vəd verəndə, onu yerinə yetirirəm.”

İranda prezident Həsən Ruhani razılaşmada qalmaq məsələsində açıq olduğunu deyib, lakin danışıqlar baş tutmasa, Tehranın uran zənginləşdirilməsinə başlayacağı ilə bağlı xəbərdarlıq edib.

“Mən İranın Atom Enerjisi Təşkilatına lazım olsa, fəaliyyətə hazır olmaq haqda göstəriş vermişəm ki, lazım olduqda biz heç bir məhdudiyyət olmadan sənaye səviyyəsində zənginləşdirilməyə başlaya bilək.”

Amerikanın ən yaxın mütəffiqləri Trampı razılaşmada qalmağa razı salmaq üçün son anda səy göstərib.

Britaniyanın xarici işlər naziri Trampın sevdiyi Fox tele kanalına müsahibə verib.

“Siz hər şeyi dağıdıb razılaşmadan imtina edə bilməzsiniz. Ona görə ki, bunu etsəniz siz bu suala cavab verməli olacaqsınız-növbəti addım nədir?”

Tehranla razılaşma 2015-ci ildə İran, Birləşmiş Ştatlar, Britaniya, Fransa, Çin, Rusiya və Almaniya arasında imzalanıb.

Tramp razılaşmanın İranın 10 ildən sonra bəzi nüvə fəaliyyətlərini bərpa etməsinə imkan verəcəyindən şikayət edirdi.

O, razılaşmada İranın militant qruplara dəstəyi məsələsinin ünvanlanmadığı üçün onu tənqid edirdi.

Tramp həmçinin razılaşmada İranın ballistik raket proqramının məhdudlaşdırılmadığından narazı idi.

Senator Con Kennedi:

“Siz Yaxın Şərqin mühüm ölkəsinin siyasi rəhbərliyinin ayətullahların etdiyini etməsinə imkan verməməlisiniz. Bu, səhvdir, bu, əxlaqa uyğun deyil, bu, İran xalqı və dünya üçün yaxşı deyil. Biz bunun dayandırılmasını istədik və diplomatiya da işləmirdi. Bəzən nə lazımdırsa, onu etməlisiniz.”

Birləşmiş Ştatlar olmadan razılaşmanın nə qədər davam edəcəyi aydın deyil. Bəziləri bunun uzun müddət davam etməyəcəyini deyir.

Robert Eynhorn, Brukinqs institutu.

“Bu, razılaşmanın dərhal pozulması ilə nəticələnməyə bilər. Yəqin ki, belə olmayacaq. Lakin əvvəl-axır o pozulacaq-İran nəhayət ondan çıxmaq qərarı verəcək.”

Bəziləri hesab edir ki, bu, İranın nüvə silahı əldə etməsi ehtimalını əvvəlkindən daha çox artırır.

Təhlilçi Ben Fridman.

“Siz razılaşma imzalayanda, iki ildən sonra hökuməti dəyişəndə və növbəti hökumət razılaşmadan çıxdığı zaman tam yəqindir ki, sizinlə böyük razılıqlara gedən başqa ölkələr, xüsusilə də İrana ən çox bənzəyən Şimali Koreya kimi ölkələr və başqaları da bunu edə bilər-buna görə iki dəfə düşünün.”

Tramp İranla yeni razılaşma ilə bağlı müzakirələr aparmaqda maraqlı olduğunu bildirib. Lakin o, eyni şeyi Paris iqlim müqaviləsi və azad ticarətə dair Trans-Sakit okeanı Tərəfdaşlıq müqaviləsindən çıxdığı zaman deyib. İndiyə qədər yeni müzakirələrdə inkişaf müşahidə edilməyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG