Accessibility links

Netanyahu Trampa İranın durdurulmalı olduğunu deyib [Video]


Netanyahu Trampa İranın durdurulmalı olduğunu deyib
please wait

No media source currently available

0:00 0:01:37 0:00

İran dəstələrinin prezident Bəşər Əsədi dəstəkləmək üçün Suriyada olması və Tehranın Suriyada daimi baza açmaq niyyəti ilə bağlı narahatlıqlar Ağ Evdə ABŞ prezidenti Donald Tramp və İsrail baş naziri Benyamin Netanyahu arasında müzakirə edilən əsas mövzulardan biri idi.

İsrail baş naziri ABŞ prezidenti ilə yan-yana oturaraq, açıq şəkildə İranın hər yerdə aqressiya ilə məşğul olduğunu və Yaxın Şərqə böyük təhlükə törətdiyini bildirdi. Benyamin Netanyahu əlavə edib ki, üç il öncəki razılaşmaya baxmayaraq, İran nüvə iddialarından geri çəkilməyib.

Benyamin Netanyahu, İsrail baş naziri: “İran durdurulmalıdır. Bu bizim ortaq problemimizdir”

İsrail və İran arasında müharibə ehtimalı son vaxtlar Vaşinqton və digər yerlərdə rəsmiləri və təhlilçiləri narahat etməyə başlayıb.

Maykl Preqent, Təhlilçi, Hudson İnstitutu: “İran öz imkanlarının genişlənməsi ilə öz həqiqi niyyətini nümayiş etdirir. Bu raket sistemi, ya da ehtiyac yarandığı halda İraqdan Suriyaya və Livana hərbçiləri göndərmək imkanı ola bilər.”

Tramp bazar ertəsi İran və ya Suriyanı qeyd etmədi. Lakin dedi ki, İsrail və Birləşmiş Ştatlar müdafiə istiqamətində çox yaxından çalışırlar və regionda terrorizmə qarşı birlikdə mübarizə aparırlar. O həm də bildirdi ki, administrasiya israilliləri və fələstinliləri sülh danışıqları üçün bir araya gətirə biləcəyinə inanır.

ABŞ prezidenti Donald Tramp: “Bu ən çətin danışıqlardır. İllər boyu davam edən müxtəlif fikirlilik və səmimi desək nifrət danışıqları çətin edir.”

Prezident müxbirlərə həm də yaxınlarda ABŞ səfirliyinin rəsmi açılışı üçün Qüdsə sədər edə biləcəyini dedi. Netanyahu yəhudilərin Trampın ABŞ səfirliyini Qüdsə keçirilməsi qərarını heç zaman unutmayacağını bildirdi.

XS
SM
MD
LG